Yuxarı

Parisdə “Azərbaycan şəhərciyi” təşkil olundu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 29-da Heydər Əliyev Fondu tərəfindən Parisin məşhur Luvr Muzeyinin qarşısındakı Pale Royal meydanında "Azərbaycan şəhərciyi" təşkil olunub.

Fonddan Axar.az-a verilən məlumata görə, "Azərbaycan Parisin ürəyində" adlanan şəhərciyin təşkilindən məqsəd xalqımızın tarixini, adət-ənənələrini və mədəniyyətini təşviq etməkdir. Şəhərcik sentyabrın 9-dək fəaliyyət göstərəcək.

Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərimizin yer aldığı sərgi təşkil edilib. Ölkəmizi təmsil edən ustalar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini izləyicilərə təqdim ediblər. Milli mətbəximizi nümayiş etdirən köşklərdə qonaqlar Azərbaycan şərablarını, içkiləri, meyvə şirələrini, eləcə də müxtəlif növ şirniyyatları, meyvə qurularını, ləziz xörəkləri dadıb və şəhərciklə bağlı xoş təəssüratlarını bölüşüblər.

Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı və Azərbaycanda yaşayan fransızların əsərlərindən ibarət fotosərgi təşkil olunub. "Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi" adlı bu sərgi xalqlarımızın və ölkələrimizin həyatını tərənnüm edir. Pale Royal meydanında konsert proqramları təşkil etmək üçün səhnə də quraşdırılıb. Konsertlərdə Azərbaycan musiqisi və rəqsləri təqdim olunur.

"Azərbaycan şəhərciyi" ilə bərabər, Parisin 1–ci rayonunun Meriyasının inzibati binasında məşhur fotoqraf Reza Deqatinin "Azərbaycan-tolerantlıq diyarı" adlı foto-sərgisi də açılıb. Sentyabrın 3-də hər iki tədbirin rəsmi açılış mərasimi olacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən "Azərbaycan şəhərciyi" Parisdə ilk dəfə 2014-cü il sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilmişdi. Bu layihə izləyicilərdə böyük maraq doğurmuşdu. Bu marağı nəzərə alan Heydər Əliyev Fondu Parisin daha bir məşhur məkanında - Pale Royal meydanında ölkəmizin tarixini, milli mənəvi dəyərlərini, turizm imkanlarını tərənnüm edən növbəti belə bir şəhərciyi təşkil edib.

Tarix
2015.08.29 / 22:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla