Yuxarı

"Qəbələ" sabiq "Neftçi"ni səhv çıxardı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Julius Vobayın "Qəbələ" ilə müqavilə bağladığına dair iddialar həqiqətə uyğun deyil.

Axar.az sportnet.az-a istinadən xəbər verir ki, bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Klub rəsmisi sierra-leoneli yarımmüdafiəçinin "Qəbələ"yə transfer olunmaq ehtimalının 1 faiz olduğunu bildirib:

"Biz Vobayla bir neçə ay öncə maraqlanırdıq. Həmin vaxt o, "Neftçi"ni yenicə tərk etmişdi. Amma o vaxtdan klubsuzdur və hansı formada olduğu bilinmir. Vobayın "Qəbələ"yə keçmə ehtimalı 1 faizdir. Bu, yalnız o halda mümkün ola bilər ki, maraqlandığımız digər oyunçularla danışıqlar vaxt azlığı səbəbindən baş tutmasın. Belə variant isə real deyil".

Səfiyarlının fikrincə, Vobayın "Qəbələ" ilə anlaşdığına dair açıqlamalar verməsi özünüreklam və gündəmdə qalmaq istəyi ilə əlaqədar ola bilər. Klub rəsmisi sentyabrın 1-dək yeni oyunçu transferlərini yekunlaşdıraraq, Avropa Liqası üçün Sifariş ərizəsini UEFA-ya təqdim edəcəklərini vurğulayıb.

Qeyd edək ki, bu gün "Qəbələ"nin Julius Vobayla 1 il müddətinə anlaşdığına dair xəbərlər yayılıb. Futbolçunun özü də xəbərləri təsdiqləyərək, yaxın günlərdə rəsmi müqavilə bağlamaq üçün Azərbaycana gələcəyini açıqlayıb. Vobay ölkəmizdə "Neftçi"dən əlavə, "Xəzər Lənkəran"ın da formasını geyinib.

Tarix
2015.08.30 / 13:57
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla