Yuxarı

“Bunu Allah adına bağlayıb, yaxalarını kənara çəkirlər”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir insanın həyatı ilə bağlı baş vermiş məlum cinayət hadisəsinin ən sonda məhkəmə orqanları tərəfindən adekvat qiymətləndirilməsi özlüyündə Azərbaycanın tibb sektorunda pasientlərin gələcək hüquqlarının qorunması baxımından çox böyük bir addımdır.

Bu sözləri Axar.az-a açıqlamasında BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümünə səbəb olmuş anestezioloq Firuz İbrahimovla bağlı Bakı Apleyasiya Məhkəməsinin ötəngünkü qərarına münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib.

O, bu presedenti Azərbaycanın hüquq tarixində çox mühüm hadisə olaraq qiymətləndirib:

"Hər bir peşə sahibi öz sahəsində peşəkar olmalı və məsuliyyət daşımalıdır. Bu mənada bir insanın həyatı ilə bağlı baş vermiş məlum cinayət hadisəsinin ən sonda məhkəmə orqanları tərəfindən adekvat qiymətləndirilməsi özlüyündə Azərbaycanın tibb sektorunda pasientlərin gələcək hüquqlarının qorunması baxımından çox böyük bir addımdır. Artıq sosial şəbəkələrdən və mediadan bu olayın ölkə miqyasında çox böyük əks-səda doğurduğu açıq-aşkar hiss olunur. Doğrudur ki, rəssamın kətan üzərindəki səhvi çox tez görünür, lakin ağ xələtlilərin fəaliyyəti, onların aləti altında olan şəxsin həyatı ilə bağlı baş verənlər çox da gözə çarpmır. Onlar bunu sadəcə Allah adına bağlayıb, yaxalarını kənara çəkirlər. Halbuki bəzən sadəcə bir diqqətsizlik və yanlışlıq, qeyri-düzgün müalicə üsulları, bilgisizlik halları ağır nəticələrə yol açır və təəssüf ki, bu gün yol qəzaları ilə bərabər, bəzi həkimlərimizin cinayətkar səhvi ucbatından həyatını itirən insanlardan bəhs etməli oluruq. Bu, ölkənin tibb sahəsi üçün çox mənfi haldır. Azərbaycan dövləti səhiyyə sferasına külli miqdarda vəsait yatırır. Bu, açılan tibbi mərkəz və xəstəxanaların timsalında göz qarşısındadır. Bununla bərabər qabaqcıl, istedadlı, dünyanın aparıcı, müasir yenilikləri ilə işləyən həkim korpusunun formalaşması isə müvafiq qurumların səlahiyyəti altındadır".

Millət vəkili bildirib ki, məhkəmənin sözügedən qərarı sadəcə həyatını nakam itirmiş bir qadının taleyi ilə bağlı qərar deyil və bu məsələ növbəti dönəmdə parlamentin diqqət mərkəzində olacaq:

"Əlbəttə, gələcək dövr üçün bunun nəticələri sadəcə mənəvi deyil, həm də hüquqi proseduralarda, qanunvericilik aktlarında da geniş bir şəkildə təsbit olunmalıdır. Yəni biz pasientin hüquqlarını qoruyacaq daha ciddi mexanizmlər formalaşdırmalıyıq. Bu, həm maddi, həm də cinayət məsuliyyəti məsələlərini özündə ehtiva etməlidir. Çünki dəfələrlə müxtəlif klinikalar və vətəndaşlar arasında yaranmış böhran vəziyyətı bunu deməyə əsas verir. O cümlədən, məsuliyyət məsələləri cinayət qanunvericiliyində çox qəti bir şəkildə qorunduğundan bunun köklü əsaslarını orada genişləndirmək lazımdır. Hər kəs bilməlidir ki, avtomobil qəzası ilə alət altındakı qəza mahiyyətcə eynidir. Buna görə də düşünürəm ki, artıq bu, növbəti dönəmdə parlamentin üzərinə düşən çox mühüm bir vəzifə olacaq.

Bu gün səhiyyə sferasının qabaqcılları, parlament və QHT sektorlarının birgə, harmonik işinə ehtiyac var. Bu, heç bir halda və əsla həkimləri linç etmə əməliyyatı deyil. Bir qələm adamının öz həyat yoldaşının ruhu uğrunda mübarizəsi əslində bir milli işə çevrilib. Bundan sonra yüzlərlə insanın həyatını qoruma altına alacaq qədər əhəmiyyətli olan bu presedent yerində atılmış bir addım və insanların sağlıq durumuna çox böyük bir töhfədir. Qarşıda qanunvericilik qaydasında bu məsələni tənzimləmək lazım gələcək və heç şübhəsiz ki, bir sıra maddələrə yenidən yanaşmaq və onları daha da sərtləşdirmək mütləq vacibdir".

Qeyd edək ki, ötən gün, avqustun 31-də Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümünə səbəb olmuş anestezioloq Firuz İbrahimov barəsində 2,5 il müddətinə azadlıqdan məhrum etmə cəzası çıxarılıb və o, məhkəmə zalındaca həbs edilib.

Mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.

Tarix
2015.09.01 / 14:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla