Yuxarı

Rejissor: “Sartrla heç bir əlaqəsi yoxdur”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk rejissor Zəki Dəmirkubuz yeni "Ürəkbulanma" filmini Jan Pol Sartrın eyniadlı əsəri əsasında çəkib-çəkməməsinə aydınlıq gətirib.

Axar.az türk mətbuatına istinadən xəbər verir ki, Dəmirkubuz mətbuata yeni filmiylə əlaqədar bunları deyib:

"Filmin mövzusunun Jan Pol Sartrın məşhur romanı olan "Ürəkbulanma" ilə heç bir əlaqəsi yoxdur. Amma aralarında belə bir bağ var: 7 il əvvəl "çəkə bilərəmmi?" düşüncəsiylə Sartrın romanı üzərində işləməyə qərar verdim, kompüterimdə "Ürəkbulanma" adında bir fayl açdım, amma bir müddət sonra bu fikrimdən imtina edib filmi indiki halına saldım.

Vaxt məhdudluğundan filmə yeni bir ad tapa bilmədim, digər adlar da xoşuma gəlmirdi, "Ürəkbulanma"ya öyrəşdiyimdən və sevdiyimdən filmin adı elə də qaldı. Onsuz da filmlərimə ad tapmaqda həmişə çətinlik çəkmişəm".

Qeyd edək ki, Zəki Dəmirkubuz bundan əvvəl rus yazıçı Fyodor Dostoyevskinin "Yeraltından qeydlər" kitabı əsasında film çəkib.

Tarix
2015.09.02 / 01:46
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla