Yuxarı

“Bu qərar həkimlərin cəzasız qalması mifini dağıtdı”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkim məsuliyyətsizliyinə görə məhkəmələrə müraciətlər və həkimlərin cəzalandırılması prosesi davamlı olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ötən gün Bakı Apelyasiya Məhkəməsində məsuliyyətsizlikdən insan ölümünə səbəb olan həkim Firuz İbrahimovun 2,5 il həbs cəzasına məhkum edilməsi ilə bağlı danışarkıən deyib. M.Zeynalova qeyd edib ki, adətən pasientlər məhkəmənin ədalətli qərar çıxaracağına inanmadıqları üçün risk etmirlər:

"Mətbuatda ana, uşaq ölümü və ya əməliyyat zamanı pasient ölümü ilə bağlı tez-tez məlumatlara rast gəlirik. Bizim təşkilata da həkim səhlənkarlığı, kobudluğu, məsuliyyətsizliyi ilə bağlı dəfələrlə müraciət edilib.

Bir xanım məhz həkim səhlənkarlığına görə bir daha ana ola bilməməsi ilə bağlı müraciət etmişdi. Lakin ədalətli qərarın verilməyəcəyindən qorxduqları üçün sonuna qədər getmədilər. Əksər müraciətlər bu səbəbdən yarımçıq qalır".

Hüquq müdafiəçisinin sözlərinə görə, ölkədə həkimlərdən şikayət və cəza tələbi ənənəvi hal almayıb:

"Elnarə Tofiqqızının ölüm işi ilə bağlı gedən prosesin məntiqi sonluğu bir nümunə, presedent yaratdı. Səbəb isə məhkəməyə vaxtında müraciət edilməsi, məhkəməyə verən şəxsin əlində kifayət qədər dəlillərin olması, ailənin sonuna qədər bu işdə mübarizə aparması və təbii ki, hadisənin ictimailəşməsi idi.

Bütün bunların paralel formada aparılması ədalətli qərarın çıxarılmasına öz təsirini göstərdi. Hesab edirəm ki, belə məhkəmə prosesləri həm mifləri dağıdır, həm də insanların məhkəməyə müraciət qaydalarında tələb edilən sübutları toplaması üçün imkan yaradır. Bu prosesin sonunda verilən düzgün qərar ölkədəki məsuliyyətsiz həkimlərlə bağlı yaranmış cəzasızlıq mifini dağıtdı".

Xatırladaq ki, BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümünə səbəb olmuş anestezioloq Firuz İbrahimov dünən 2 ilə yaxındır davam edən məhkəmə prosesindən sonra məhkəmə zalındaca həbs edilib.

Bakı Apleyasiya Məhkəməsində keçirilən prosesdə F.İbrahimov 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ümumi rejimli ÇM-də çəkməsinə qərar verib və o, məhkəmə zalındaca həbs edilib.

F.İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə təqsirləndirilirdi.

Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.

Tarix
2015.09.02 / 09:09
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla