Yuxarı

Azərbaycanlı direktordan TRT-yə ittiham - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor İntiqam Soltan bu günlərdə ölkəmizi Türkiyədə təşkil olunan beynəlxalq "Türk adası" yarışmasında təmsil edərək vətənə qayıdıb.

Axar.az Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltanla sözügedən yarışma və sənət fəaliyyəti çərçivəsində söhbətləşib.

Mənə 21 gün әrzindә 6 ağrıkәsici iynә vurdular

– Türkiyə səfəriniz necə keçdi? Hansı təəssüratlarla qayıtmısınız?

– Sәfәr, qatıldığımız yarışma çox maraqlı vә perspektivli idi. Lakin yayımçılar, tәşkilati işlәrlә mәşğul olan "ikinci qat" bu işlәrdә çox laqeyd vә naşı görünürdü, xüsusilә, özünü hәmin şirkәtin rәhbәri kimi tәqdim edәn Alpər Aslan...

– "Türk adası" verilişinə öz istəyinizlə, yoxsa dəvət və ya təkliflə getdiniz? Yəni məqsəd yəqin ki, təkcə ölkəni təmsil etmək deyildi, həm də əyləncəyə və macəraya maraq idi...

– Hәr halda mәn uşaq teatrının rәhbәriyәm. Sualın bir hissәsinin cavabı burada var... Qaldı ki istәk mәsәlәsinә, bizim belә bir layihә haqda heç mәlumatımız yox idi. Avqustun 3-ü axşam zәng gәldi. 4-ü axşam tәyyarә ilə yola düşdük. Vә qәribәsi odur ki, digәr dövlәtlәrdәn olan cütlüklәr 28-36 yaş arasında idilәr...

Bildiyiniz kimi, mənimsə 50 yaşım var. Üstəlik, mәn film çәkilişindә dizlәrimi zәdәlәmişәm. Orada hәrәkәtli oyunlar zamanı iynә ilә ayaq üstündә dururdum. 21 gün әrzindә 6 ağrıkәsici iynә vurdular mәnә.

TRT rәhbәrliyi qәbul etmәdi

– Birinci yerə çıxmamağınızın əsas səbəbi verilişdə də deyildiyi kimi şanssızlıq idi, yoxsa rəqiblərinizin güclü olması?

– Çox şey! Әvvәla, birincilik iddiasıyla getmәmişdim. İkincisi dә, birinci komanda ilә sonuncu komanda arasında iki-üç xal fәrqi vardı... Sonra isә özlәri kimi istәdilәrsə, onu da birinci seçdilәr. Sual yarana bilәr ki, necә olur, milyonların gözü qarşısında gedәn yarışmada kimi istәyirlәr, birinci seçirlәr. Әvvәl mәn dә elә düşünürdüm. Amma cavab çox sadә imiş: yarışda lazımından artıq kadrlar çәkilir. Vә tәbii ki, hәr cütlüyün birinci vә ya ikinci olduğu oyunlar olur. Sonda birinci yerә çıxarmaq istәdiklәri komandanın qalib gәldiyi oyunları seçirlәr vә adını da qoyurlar ki, o biri oyunları TRT rәhbәrliyi qәbul etmәdi. Bundan başqa, qalib elәmәk istәdiklәri komandanın oyunlarını izlәyirlәr vә onların hansı sahәdә güclü olduqlarını müәyyәnlәşdirib daha çox o tip oyunlar hazırlayırlar vә s. Elә bilirәm, bu iki fakt vә ya variant səbəb kimi yetәrlidir.

– Türkiyədə hansısa sənət, ədəbiyyat adamları ilə görüşmək fürsətiniz oldu?

– Çox istәrdim. Amma 20 gün kimsәsiz adada qaldıq. Әn böyük naşılıq onda idi ki, layihәnin ana xәtti, verәcәyi mesaj dәqiqlәşdirilmәmişdi. O üzdən 20 gün әrzindә 3 rejissor (komandası ilә) dәyişәsi oldu... 5 türk dövlәtinin tәmsilçisini bir yerә toplayıb yalnız idman vә digәr yarışlarla türk xalqlarının mәdәniyyәtini nә dәrәcәdә nümayiş etdirmәk mümkündür? Üstәgәl onları bir-birinә "qırdırmaq" cәhdi. Mәğlub cütlüklәr digәrlәrini pislәmәli, mәnfi cәhәtlәrini demәli idilәr... Amma bizim (yәni iştirakçıların) (tәvazökarlıqdan uzaq olsa da, başda mәn olmaqla) tәkidimizlә bu cür neqativ hallar baş vermәdi. Hәtta layihәnin başlanğıcında, məncə, "Posta" qәzetindә yazmışdılar ki, beynәlxalq qalmaqala sәbәb ola bilәn layihә.

Hər hansı bir ehtiyatsız hәrәkәt...

– Sizin komanda əvvəl də Türkiyəyə qastrol səfərinə gedib. Bu dəfə ancaq yarış üçün getmişdiniz, yoxsa hansısa tamaşanı səhnələşdirmək imkanınız oldu?

Bu yarışmada başqa heç nә ilә mәşğul olmaq imkanı yox idi... Kimsәsiz bir adada 20 gün ilanlarla vә әqrәblәrlә yoldaşlıqdan savayı.

– Şou-biznes nümayəndələri deyir ki, Türkiyə şou-biznesinə qatılmaq çətin məsələdir, bəs Türkiyə ədəbi və kino mühitinə necə?

– Rejissor kimi bir tamaşa hazırlamışam orada. Amma aktyor vә ssenarist kimi hәlә yox... Çünki burada yetәrincә işlәrim var deyә, heç cәhd elәmәyә vaxtım olmayıb. Gözlә görünәnlər mәnim elәdiklәrimin çox az hissәsidir. İnşallah, vaxt gәlәr әtraflı danışaram, ölkәdә müәlliflәrinin kimliyini bilmәdiyiniz hansı işlәrin müәllifi mәn olduğumu deyərəm.

Azәrbaycanı "Türk adası" yarışmasında tәmsil etmәyim isə şans işi idi. Mәncә, heç bir azәrbaycanlı o verilişә baxanda mәnә görә xәcalәt çәkmәyәcәk. Demәk istәdiyim odur ki, Azәrbaycanı layiqincә tәmsil edә bilmişәm – çox sürüşkәn bir müstәviyә bәnzәr layihә olmasına baxmayaraq. Hər hansı bir ehtiyatsız hәrәkәt vә bircә kәlmә söz mәnfi nәticәlәrә sәbәb ola bilәrdi. Axı orada 5 müxtәlif ölkәnin nümayәndәlәri vә ortada şirniklәndirici bir "hәdiyyә" olan avtomobil vardı...

İctimai TV-yә müraciәt edəcəyəm

– Azərbaycanda belə bir layihə təşkil etmək olar? Şəxsən siz təşəbbüs göstərə bilərsiniz? İştirakçılar da elə yaradıcı adamlar olsunlar. Ola bilərmi?

– Fikrim var. Bununla bağlı İctimai TV-yә müraciәt edəcəyəm... Bir az fәrqli olacaq – həm yaradıcı adamlar, həm də adi adamlar iştirak edə biləcək. Layihә hələ ordaykən hazır idi beynimdә.

– Bəs teatrda və bədii yaradıcılıqda vəziyyət nə yerdədir? Azdramada olan söz-söhbətlərin dalğası sizin teatra gəlib çatırmı?

– Biz uşaqları maariflәndirmәklә mәşğuluq. O cür şeylәr bekarçılıqdan ola bilәr. Bizim başımızı qaşımağa belә vaxtımız yoxdur. Bir dә ki iş prinsipimiz hәr bir işçinin tәklifini nәzәrә almaqla işi qurmaqdırsa, qalmaqal nәdәn olmalıdır? Teatra işlәmәyә yığışırıq, yoxsa didişmәyә?!

Tarix
2015.09.02 / 10:13
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla