Yuxarı

TQDK: "Azərbaycan tarixi" kitabını almayın"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Didaktika" nəşriyyatının buraxdığı qalmaqallı "Azərbaycan tarixi" kitabını almamağa çağırıb.

Axar.az TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, qurum bu kitabın nəşri ilə heç bir əlaqəsinin olmadığını bildirib:

"Bu günlərdə "Didaktika" adlı bir nəşriyyat tərəfindən hazırlandığı qeyd olunmuş "Azərbaycan tarixi" məlumat kitabı barədə bəzi saytlarda və sosial şəbəkələrdə geniş müzakirələr aparılır. Qeyd olunan vəsaitin giriş hissəsində onun TQDK-nın qəbul proqramları əsasında hazırlandığı qeyd olunub.

Xatırladırıq ki, TQDK-nın qəbul proqramı əsasında hazırlandığı iddia olunan "Azərbaycan tarixi" məlumat kitabı və digər bu tipli vəsaitlərlə TQDK-nın heç bir əlaqəsi yoxdur. Komissiya tərəfindən hər il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul proqramları hazırlanaraq dekabr ayında nəşr olunur. 2016-cı il üzrə qəbul proqramları hələ ki, hazırlanmayıb, buna görə də qeyd olunan vəsait qəbul proqramına uyğun ola bilməz".

TQDk həmçinin, abituriyent hazırlığı ilə məşğul olan bir sıra kurslar qurumun adından qeyri-qanuni olaraq istifadə edir:

"Abituriyent hazırlığı ilə məşğul olan kurslar bir sıra hallarda özlərinin nəşr etdikləri vəsaitləri abituriyentlər arasında daha etibarlı olmasına inandırmaq, hazırlıq kursunun nüfuzunu artırmaq, daha çox abituriyent cəlb etmək üçün TQDK-nın adından qeyri-qanuni olaraq istifadə edir, bunun TQDK-nın proqramı əsasında və ya TQDK-nın ekspertləri tərəfindən hazırladığını iddia edir. Qeyd edək ki, abituriyentlərin hazırlığına kömək məqsədilə TQDK-nın Ekspert Şurası tərəfindən hazırlanan tədris vəsaitləri yalnız "Abituriyent" jurnalına əlavə kimi dərc olunaraq ictimaiyyətə təqdim olunur. Bundan başqa, TQDK-nın hər hansı hazırlıq kursu ilə heç bir əlaqəsi yoxdur.

İctimaiyyətin nəzərinə bir daha çatdırmaq istəyirik ki, yuxarıda qeyd olunan "vəsait" də bu qəbildən olmaqla Komissiyaya heç bir aidiyyatı yoxdur".

Tarix
2015.09.02 / 11:11
Müəllif
Kamilə Cavadzadə
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla