Yuxarı

Sədr müavini: “Səhiyyə Nazirliyi çox düşünməlidir...”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkim fəaliyyəti zamanı sırf səhlənkarlıq üzündən gənc bir ananın həyatını itirməsi çox ciddi bir haldır. Ona görə də məhkəmənin bu qərarını yerində və ədalətli hesab edirəm.

Bu sözləri Axar.az-a açıqlamasında BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümünə səbəb olmuş anestezioloq Firuz İbrahimovla bağlı Bakı Apleyasiya Məhkəməsinin ötəngünkü qərarına münasibət bildirərkən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili hesab edir ki, bu məsələ sonuna qədər davam etdirilməlidir:

"Baş vermiş bu hadisə ətrafında həkimlərlə bağlı Səhiyyə Nazirliyi kifayət qədər ciddi düşünməyə məcburdur. Çünki həkim fəaliyyəti zamanı bir insanın həyatını itirməsi dözüləsi hal deyil. Məsələn, bəzi xüsusi halları çıxmaq şərtilə, elə məqamlar var ki, insanın həyatını itirməsi bütövlükdə ölkənin tibb sahəsinin probleminə çevrilməlidir. Əgər belə hallarda həkim bütün bacarığını ortaya qoyaraq pasienti həyata qaytara bilmirsə, deməli, bu barədə düşünməyə dəyər. Təəssüflər olsun ki, bu gün belə həkimlərin sayı az deyil. Məsələ belə həkimlərin cəza alması ilə bitmir, zənnimcə, bundan sonra bu kimi halların təkrarlanmaması və Azərbaycan vətəndaşının öz həkiminə, səhiyyəsinə inamını bərpa etmək istiqamətində işlər aparılmalı, bir sözlə, proses sonuna qədər davam etdirilməlidir. Əsas problem bundan ibarətdir".

R.Rzayevin sözlərinə görə, məhkəmənin sözügedən qərarı həkim səhvi ucbatından ölüm hallarının qarşısının alınmasında xüsusi rol oynayacaq:

"Qərarın ictimai əhəmiyyəti olduqca böyükdür. Həkimlər bu prosesdən dərs çıxarmalıdır ki, ictimaiyyətin inamını bərpa edə bilsinlər. Çünki bunu bir insanın başına gələn hadisə kimi qiymətləndirmək çox yanlış olardı. Bu, hamımızın başındadır. Düşünürəm ki, ictimaiyyət də öz həkiminin güclü olmasında maraqlı olmalıdır. Əgər bu gün ölkədə belə hallar baş verirsə, deməli, Səhiyyə Nazirliyi radikal qərarlar qəbul etməkdən çəkinməməlidir. Yenidən insan ölümlərinin baş verməməsi üçün problem kökündən həll edilməlidir. Çünki iş sadəcə həkimin cəzalandırılması ilə bitmir".

Qeyd edək ki, avqustun 31-də Bakı Apelyasiya Məhkəməsində hakim əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümünə səbəb olmuş anestezioloq Firuz İbrahimov barəsində 2,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb və o, məhkəmə zalındaca həbs edilib.

Xatırladaq ki, Elnarə Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.

Tarix
2015.09.02 / 14:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla