Yuxarı

Şamaxı-Göylər-Padar yolu tam təmir edilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı-Göylər-Padar Çöl avtomobil yolunda tikinti-təmir işləri aparılır.

Azəryolservis ASC-dən Axar.az-a verilən məlumata görə, Şamaxı-Göylər-Padar Çöl avtomobil yolunun uzunluğu 54 kilometrdir. Hazırda yolun III texniki dərəcəyə uyğun yenidənqurulması işləri davam etdirilir. Layihə üzrə yolun hərəkət zolaqlarının sayı 2 olmaqla ümumi eni 12 metrdir. Bura 8 metr yolun hərəkət hissəsi, hər tərəfdə 2 metr olmaqla çiyinlər daxildir. Asfalt-beton örtüyünün qalınlığı 25 santimetrdir.

Hazırda layihə üzrə sözügedən yolda bir-neçə istiqamətdə işlər aparılır. Padardan Şamaxı istiqamətinə 0-10-cu kilometrliyində işlər tam olaraq yekunlaşdırılıb. 10-27-ci kilometrlik hissəsində 3 qat asfalt-beton örtük döşənərək, çiyinlər bərkidilib. Yolun 27-37-ci kilometrlik hissəsində mövcud yol yatağı 2,5-3,5 metr qazılır, sağlamlaşdırma işləri gedir. Yararsız torpaq çıxarılaraq yerinə karbonat material doldurulur və üzərinə qırmadaş qarışığı ilə əsas tikilir.

Şamaxı-Göylər-Padar Çöl avtomobil yolunun 39-cu kilometrliyindən Şamaxıya doğru 6 kilometrlik hissədə artıq 3 qat asfalt-beton örtük döşənib və bu istiqamətdə işlər davam etdirilir. Yolun 54-cü kilometrlik hissəsində sel daşqınlarının qarşısını almaq üçün kiçik su ötürücüləri tikilir. Yolda ümumilikdə 45 su ötürücüsü və 2 alt keçidin inşası aparılır.

Tarix
2015.09.02 / 16:54
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla