Yuxarı

Başçının maşın bağışladığı qız danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüksək nəticə əldə etmək üçün aşağı siniflərdən yaxşı oxumaq lazımdır.

Axar.az xəbər verir ki, bunu Zaqatalada ali məktəblərə qəbul imtahanından 700 bal toplayan Asya Mabudova deyib.

O, atv.az-a verdiyi açıqlamada bildirib ki, bütün fənnləri oxumağı son iki ilə saxlamaq düzgün deyil:

"Aşağı siniflərdən dərslərimi yaxşı oxuyurdum. Hazırlığa başlayanda artıq keçilən dərslər mənə görə təkrar idi.

Heç bir sosial şəbəkəyə daxil olmurdum, televizora baxmırdım. Bir də, düşünürəm ki, inanmaq çox vacibdir. Mən həm çalışır, həm də Allaha təvəkkül gətirirdim".

Atası İdris Mabudov qeyd edib ki, müəllimləri həmişə qızından razılıq edib: "İmtahan verib 75 faiz nəticə ilə kursa qəbul oldu. Sınaq imtahanlarında da 700 bal toplayırdı. Amma qəbul imtahanında bu nəticəni göstərəcəyini gözləmirdim".

Qeyd edək ki, rayonun icra başçısı Mübariz Əhmədzadə tərəfindən ona maşın hədiyyə edib. İcra başçısı iki il qabaq rayon üzrə ən yüksək bal toplayacaq abituriyentə maşın hədiyyə edəcəyini söz veribmiş.

Tarix
2015.09.02 / 17:05
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla