Yuxarı

Bakı-Sumqayıt yolunda yenilik olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt şossesi üzərindən yerüstü piyada keçidi tikiləcək.

Axar.az xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev deyib. Bu barədə "sputnik.az"a danışan N.Paşayevin sözlərinə görə, piyada keçidi "Avtovağzal" metro stansiyasına gediş-gəlişi asanlaşdırmaq üçün nəzərdə tutulub:

"Artıq piyada keçidinin tikintisi üçün hazırlıq işlərinə başlanılıb və fundament qazılıb. Biz çalışırıq ki, ilin sonunadək bütün işləri yekunlaşdıraq. Çünki metroda tikinti işləri yekunlaşsa da, orada avadanlıqların quraşdırlması, abadlıq işlərinin görülməsi və sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məsələsi vaxt aparan məsələdir".

Onun sözlərinə görə, səhmdar cəmiyyəti "Avtovağzal" və "MemarƏcəmi-2" stansiyaları üzrə işləri qısa zamanda bitirib, eyni vaxtda təhvil verilməsini təmin etməyə çalışır.

Tarix
2015.09.02 / 17:51
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla