Yuxarı

Gözlənilən hökmün tarixçəsi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə az, nə çox, - düz iki il davam edən "həkim terroru" çəkişməsinin ilk mərhələsi (raundu) yekunlaşdı.

Avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qatil həkim elə məhkəmə zalındaca həbs olundu.

Söhbət Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümünə səbəb olmuş 1 saylı Şəhər Klinik Xəstəxanasının həkim-anestezioloqu Firuz İbrahimovla bağlı çoxdan gözlənilən hökmün çıxarılmasından gedir.

F.İbrahimov yol verdiyi səhlənkarlıq nəticəsində bir insanın və bir ailənin faciəsinə səbəb olduğu üçün indi ömrünün 2,5 ilini dəmir barmaqlıqlar arasında keçirməli olacaq - həyatdan gedənin ömrünün bədəlini ödəyə bilməsə də...

İndi anestezioloq üçün bu hücrə Hippokrat andı içdiyi günü hər an xatırlamağa əlverişli məkandır.

Onun əməlindəki cinayət nə qəzadır, nə ehtiyatsızlıq. Firuz məhz səhlənkar yanaşdığı üçün bir insanın, bir gənc ananın ömrünə son qoyub. Həkim və hakim səhlənkarlığı isə bağışlanmazdır.

E.Tofiqqızının ölümünə birbaşa baiskar olan F.İbrahimov bu 2 il ərzində həbsdən yaxasını qurtarmaq üçün nələr etmədi?!

Gah rüşvət verib həbs təhlükəsindən sovuşmağa çalışdı, gah özünü xəstəliyə vurub, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdi, gah da bu saxtakarlığını ifşa edən E.Tofiqqızının həyat yoldaşı Anar Niftəliyevi maşınıyla vurub qaçdı. Bu qəsd onun artıq növbəti cinayəti idi ki, bir tibb işçisinin nələrə əl atdığını göstərdi.

Və onun göstərdiyi solaxay "cəhd"lərə baxmayaraq, məhkəmə sistemində presedent olacaq hökm çıxarıldı.

Ölkədə həkim məsuliyyətsizliyi ilə bağlı artmaqda olan müraciətlərin obyektiv araşdırılması üçün bu məhkəmə hökmü bir yenilik kimi qiymətləndirilməlidir. Digər tərəfdən onun həmkarlarına görk, cəmiyyətin maariflənməsinə, həkim səhlənkarlığı ilə üzləşən vətəndaşın nə etməli olduğuna bir bioqrafik xidmət oldu.

***

Bir ekskursla bu məşum tarixi yada salaq: 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı E.Tofiqqızı dünyasını dəyişdi.

Bu əməliyyatda cərrah Mahir Məmmədov, assistent Fərəcullah İdrisov və anestezioloq Firuz İbrahimov iştirak edirdi. Sentyabrın 25-də fakt üzrə Nəsimi rayon Prokurorluğunda cinayət işi başlandı. Aprelin 10-da cinayət işi tamamlandı.

Amma zərərçəkən tərəf - Anar Niftəliyevin iddiasına görə, Nəsimi rayon Prokurorluğunun müstəntiqi Ələkbər Rzayev həkimlərdən rüşvət almaqla işi bağlamağa cəhd göstərmişdi.

Yalnız Baş prokurorun müavini Rüstəm Usubov işi nəzarətinə götürəndən sonra Bakı şəhər Prokurorluğunda ədalətli istintaq aparıldı.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi 5 dəfə təkrar, prokurorluğun israrlı sorğularına rəğmən, ölümdə yalnız anestezioloqun rol oynadığını əsas göstərdi və digər iki həkimi məsuliyyətdən xilas etdi.

Prokurorluq da qanunvericiliyə uyğun olaraq, CM-in 124.1 və 320.1 maddələri ilə ittiham etdiyi F.İbrahimovdan başqa digər həkimləri məsuliyyətə cəlb edə bilmədi.

Nəsimi rayon Məhkəməsində Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən proses 6 ay davam etdi: məhkəmə istintaqı ədalətli aparılsa da, ədalətsiz qərar verildi. İki maddə ilə suçlanan həkim 2015-ci il aprelin 23-də 2 il azadlıqdan şərti məhrum edildi, ona işini davam etdirməsinə heç bir problem yaradılmadı. F.İbrahimov yenidən potensial təhlükə kimi anestezioloqluğunu davam etdirməyə başladı.

Bu müddət ərzində Firuz İbrahimovun qurbanı daha kimlər olub? Bilmirik.

Çünki Azərbaycan mentaliteti "həkim səhlənkarlığını" çox vaxt "Allah qəzası" kimi qəbul edir, hətta ekspertlərin cibinə puldan-zaddan basıb, "ölümü yarma, şəriətə ziddir" də deyir və qan batırdığının fərqinə belə varmır.

***

Apelyasiya Məhkəməsində iş iyunda başladı. Və... ilkin baxış iclasında məhkəmə istintaqının aparılmasına gərək olmadığını bildirən təqsirləndirilən şəxs proses günü Ali Məhkəməyə şikayət vermək hüququnu dilə gətirdi. Məqsəd Ali Məhkəmənin yay istirahətində olduğundan istifadə edib, prosesi sentyabr ayına qədər uzatmaq idi.

Nəhayət, təqsirləndirilən şəxsin iddiasını rədd edən Ali Məhkəmə avqustun 17-də işi Apelyasiya Məhkəməsinə qaytardı. Və burda həkimin növbəti saxtakarlığı başladı: guya xəstədir, hətta "Semaşko"da reanimasiyada yatır. Bu adla Apelyasiya Məhkəməsində keçirilən prosesə gəlməyən F.İbrahimovun əslində, sağlam olduğu və Bakı küçələrində öz avtomobili ilə gəzməsi barədə zərərçəkən A.Niftəliyevin video-fakt təqdimindən sonra vəziyyət dəyişdi.

Bu video-faktın təqdimindən sonra 1 saylı Kliniki Tibbi Mərkəz onun reanimasiyasından çıxarıldığı barədə tədbir gördü. Beləliklə, onun son məhkəmə prosesində iştirakı təmin edildi, barəsində 2,5 il həbs çıxarıldı.

Məhkəmə presedent sayılacaq bir hökmə möhürünü vurmaqla həkim məsuliyyətsizliyi ilə bağlı sanki ictimaiyyətə mesaj ötürdü. Ki, "Cinayət və cəza"nın finalı ayrı cür bitə bilməz, qanundan başqa yol yox...

Tarix
2015.09.02 / 22:26
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İranda telefonunuzda MTN yazısı görsəniz... - Reportaj

Deputatın olduğu canlı yayıma basqın - Video

Meksikalı futbolçudan müdhiş “Neftçi” yalanı

Dövlət iki mərkəzi satır – Hərrac

Dəmir yolunun bu hissəsi söküldü

Xaçmazda quşlar kütləvi tələf olur? – Foto

Öcalandan Gülən haqda şok sözlər

Moskva sirki Bakıya gəlir

Messinin dublu, almanların “sülh”ü…

Saratovka qaymağı zay çıxdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla