Yuxarı

MTN-nin həbs etdiyi İŞİD-çilər kimdir? – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən zərərsizləşdirilən azərbaycanlı İŞİD-çilər haqda əlavə məlumatlar var.

Axar.az-ın xəbərinə görə, MTN-nin həyata keçirdiyi əməliyyatlar zamanı tutulanlardan biri - Mikayılov Rövşən Baba oğlu Zərdab rayonundan olub. O, 1995-ci il təvəllüdlüdür. 2009-cu ildə böyürtkən yığmaq istəyərkən çaqqalların hücumuna məruz qalıb. O zaman Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək müvafiq yardım göstərildikdən sonra evə buraxılıb.

Suriyaya gedən 20 yaşlı bu gənc bir müddət sonra qayıdıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb.

Həbs olunanlardan digəri - Bakı sakini Eyyubov Azər Mətləb oğludur. Azər 1993-cü il təvəllüdlüdür. Həbsdə olarkən hüquq müdafiəçisi Elçin Behbudov onunla görüşüb.

E.Behbudova özünün dediyinə görə, 3 ay Suriyada olub və orada İŞİD-ə qoşulub. Lakin Suriyadan geri qayıdanda MTN tərəfindən hava limanında həbs edilib:

"Özünün dediyinə görə, Suriyada təlim keçsə də, döyüşlərdə iştirak etməyib. Ora getdiyinə görə peşman olduğunu deyib. Suriyaya gedənlərə mətbuat vasitəsilə bildirib ki, getməsinlər.

Çünki Bakıda ona verilən vədlərin heç biri Suriyada öz təsdiqini tapmayıb. Onun sözlərinə görə, Suriyada namaz qılmayanlar ən ağır cəza ilə - ölümlə cəzalandırılırlar".

Qeyd edək ki, bu iki şəxslə yanaşı Xasaylı Şirxan Elxan oğlu, Adilov Elşən Sərdar oğlu və Hacıyev Vüqar Mehman oğlu da şübhəli şəxs qismində tutulub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mikayılov 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Müəyyən edilib ki, onlar 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraqda həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İslam dövləti" terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

Tarix
2015.09.02 / 23:48
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla