Yuxarı

Özünü gizlədən xəstəlik yayılır – Diqqət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlərdə hepatitə yoluxan şəxslərin sayı getdikcə artır.

Axar.az oxucuları bu xəstəliklə bağlı maarifləndirmək üçün hepotoloq Könül Mahmudova ilə söhbətləşib.

Könül Mahmudova hepatitin növlərindən və onun müalicə üsullarından danışıb.

Xəstənin vəziyyəti nəzarətdə saxlanılmalıdır

– Televiziya proqramlarının birində hepatitin "daşıyıcı" adlı bir növünün olmadığını, ümumiyyətlə, "daşıyıcı xəstə" deyə bir anlayışın mövcud olmadığını demisiniz. Bu, çoxlarında sual doğurdu. Əgər şəxsin xəstəliyi aktiv və keçici deyilsə, onda xəstəliyin bu növü necə adlandırılmalıdır?

– Hepatit C-də "daşıyıcı" sözü yoxdur. Düzdür, virusun miqdarına görə Hepatit B-də "daşıyıcı" terminindən istifadə olunur, amma C-də qətiyyən yoxdur. Virusun miqdarı azdırsa, Hepatit B xəstəsinə daşıyıcı demək olar. C-də isə xəstə yoluxubsa, artıq Hepatit C xəstəsi sayılır. Sadəcə, C-nin aktiv və qeyri-aktiv formaları var. Qaraciyərdə birləşdirici toxumanın əmələ gəlməsi 5 ildən bir yaranır, ilkin müayinədə fibrozun olmadığını müəyyən etmək hələ 5 il sonra yaranmayacağına dəlalət etmir. Elə xəstə var ki, yoluxandan 5-6 il sonra qaraciyərinin vəziyyəti pisləşməyə başlayır. Adam da var ki, 20 ildir Hepatit C-dən əziyyət çəkir, amma bu, onun qaraciyərində ciddi bir fəsad törətmir. Yəni Hepatit C-nin xəstəyə təsirləri fərdidir.

– Passiv hepatitdə xəstənin müalicə alması mütləqdir? Yəni bədənə olan təsiri fərdidirsə, müalicəyə ehtiyacı olmayan passiv hepatit ola bilərmi?

– Hepatitli xəstələrin vəziyyətini öyrənən Avropa assosiasiyası mövcuddur ki, bu assosiasiyaya görə, əgər xəstə Hepatit C-yə tutulubsa, onun müalicəsi mütləqdir. Çünki assosiasiyanın fikrincə, bu xəstələrin vəziyyətini proqnozlaşdırmaq çətindir. Bu səbəbdən xəstənin dərhal müalicə alması tövsiyə olunur. Buna baxmayaraq, xatırladım ki, Avropada hepatitin müalicəsi sığorta şirkətlərinin öhdəliyindədir. Amma MDB ölkələri – Rusiya da daxil olmaqla, fibrozun birinci, ikinci mərhələləri müşahidə olunduqda gözləmək məsləhətdir. Lakin bu halda da xəstənin vəziyyəti nəzarətdə saxlanılmalıdır. Məhz burada Avropa və MDB ölkələri mütəxəssislərinin fikrində ayrılıqlar meydana gəlir.

Cahil insanlar xəstəliyin adını eşidən kimi...

– Bəs bizdə hansı təcrübə əsas götürülür?

– Belə deyək, bizdə müraciət edən xəstənin sosial durumu çox önəmlidir. Əgər gənc bir xəstə Hepatit C xəstəliyinə tutulubsa, bütün ailə əsəb keçirir, valideynlər və yaxınlar narahat olmağa başlayır. Ailə nə olursa-olsun öz övladını müalicə etməyə çalışır. Özünüz bilirsiniz ki, Hepatit C nə qədər ailələr dağıdır. Cahil insanlar xəstəliyin adını eşidən kimi çəkinirlər. Halbuki bu xəstəlik nə cinsi yolla keçir, nə də uşağa ötürülür.

– Deməli, ciddi bir fəsadı olmasa da, xəstələrə müalicə almağı tövsiyə edirsiniz...

– Müalicə alması məsləhətdir, çünki qaraciyər zədə almamış müalicə olunanda effekt daha yaxşı olur.

Müasir müalicə üsulu ilə

– Xəstəliyi müalicə ilə tamamilə aradan qaldırmaq mümkündür?

– Hepatit C-də virus müalicə alındığı təqdirdə - 95 faiz hallarda tamamilə sağalır.

– Müalicə nə qədər davam edir?

– Bu, əsasən virusun genindən asılı olaraq dəyişir. Sözügedən virusun 6 genotipi var. Ən pis müalicə olunan birinci və dördüncü genotiplərdir. Azərbaycan ərazisində ən çox birinci genotip müşahidə olunur. Müəyyən etdiyimiz xəstələrin, demək olar ki, 80 faizi birinci genotipdən əziyyət çəkir. Bu növ virusun müalicəsi 1 il davam edir – əgər qaraciyər sağlamdırsa. Yox əgər serrozlu qaraciyərdirsə, onun müalicəsi il yarıma qədər uzana bilər. Çünki sözügedən virusun orqanizmdən çıxması olduqca çətindir. Müasir müalicə üsulu ilə qaraciyər sağlamdırsa, müalicənin müddəti 3-6 ay arası dəyişir.

– Müalicə xəstəyə neçəyə başa gəlir?

– 3 aylıq müalicə kursu təxminən 4 min, maksimum 5 min AZN-ə başa gəlir.

Əgər qaraciyərdə problem yoxdursa...

– Yəni Hepatit C xəstəsi bir neçə aylıq müalicə ilə tamamilə bədəndən çıxarılır?

– Bəli, bizim sağalan xəstələrimiz çoxdur.

– Passiv xəstələrin heç bir şikayəti yoxdursa, qaraciyərin sağlamlığında hər hansı bir problem mövcud deyilsə, onun müalicəyə ehtiyacı varmı? Yəni xəstəliyin bu növü heç vaxt özünü büruzə verməyə bilərmi?

– Bu, elə bir xəstəlikdir ki, onu əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Əgər qaraciyərdə problem yoxdursa, 2-3 il gözləmək olar. Amma belə olduğu halda mütəmadi müayinə şərtdir.

– Xəstəliyin yaşdan asılılığı necədir? Hansı yaşda müalicə daha çətindir?

– Xəstə cavandırsa, onda fəsadlar daha çox olacaq. Çünki cavan orqanizmdə metabolizm yaxşı gedir. Yaşlı orqanizmdə isə fəsadlar gec başlayır və 50-60 yaşlı xəstənin bədənində bu xəstəlik özünü elə gec göstərir ki, onu müalicə etməsəniz də olar.

Tarix
2015.09.03 / 01:10
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla