Yuxarı

Azərbaycanlı şair alman yazıçıya qarşı – Polemika

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Dahilərlə mübahisə" layihəsində sənət adamları dahi filosof və yazıçıların aforizmləri üzərində qurduğumuz suala cavab verərək, bir növ, onunla polemikaya girirlər. Layihənin budəfəki qonağı şair, yazıçı Xanəmir Telmanoğlu, sual isə belədir:

"Doğrudanmı, azadlıq insanın itirəcək bir şeyinin olmamasıdır?"

- "Azadlıq" sözü türkcəmizdə maraqlı məna tutumuyla meydan oxuyan sözlərdəndir. Azad – as – od, işıq anlamını daşıyır. Bu isə böyük od, sonsuz işıq, sönməyən atəş anlamlarını da verir. Ümumiyyətlə, gerçək türkcədəki sözlərin mahiyyəti işıq, od, atəşlə bağlıdır. Hətta bizim yer adlarımız, yurdumuzun adının da işıqla, odla bağlılığı boş yerə deyil. Bu yurd, bu coğrafiya ilahi işıqla süslənmiş mahiyyət mücəssəməsidir. Etnos kimi biz də bu yurdu, coğrafiyanı tamamlayırıq.

Mənim üçün inanclı insandan başlayır azadlıq anlayışı. Yaradanı sevməyi bacaran kəs azad insandır. İnancı olan kəs, Quranı dərk edən, peyğəmbərlik sistemini anlayan fərd ola bilməz ki, azad olmasın. Mənim üçün əsl kölə inancsız məxluqdur. Bütün inancsızlar kölələr, qullar, qorxaqlar, ikiüzlü və yaltaq varlıqlardır mənə görə.

Azadlıq sözü dilimizdə bir ifadə kimi də yer alıb. Dünyaya uşaq gətirən qadına da "azad oldu" deyirik. Yəni həm də azadlığın təməlində yaradılışa, törəyişə, qovuşmağa bağlı nüanslar da əskik deyil. Həm də dünyaya gələn, törəmiş birisinin daha sonra sənin heç bir rolun olmadan varlığını sürdürməsinin də bir adıdır azadlıq. Eynən də inanclı insan, Yunusun dediyi "bir mən vardır məndə məndən içəri" fəlsəfəsindəki mənləri dışarı verir, üzərindən atır və yenidən o mənlərlə dışarıda iç yaradır, qovuşur.

İsa çarmıxda, Həllac, Nəsimi dar ağacında azaddır. Azadlıq orada bilinir. Bəşəriyyətin azadlıq təcrübəsi var, olub. İnsanlığın azadlıq təcrübəsindən yararlanmaq imkanımız olsaydı, bu gün milyonların qanı boş yerə axmazdı.

Məsələn, mənim üçün öz mövzusunu tapmış yazar azaddır. Azadlıq ona məxsusdur. Mənim üçün bu gün Azərbaycanda bir sürü kölə yazarlar var. Yaşından, cinsindən asılı olmayaraq, hamı eyni ritmdən, eyni mövzudan istifadə edir. Hamı Azərbaycan xalqının problemlərini eyni yerdə görür, eyni cür izah edir. Bu gün bütün Azərbaycan şairləri eyni şeirləri yazır. Bilirsinizmi, niyə? Bu, kölələrin, qorxaqların işidir ki, instinktiv olaraq onlar zəif, səviyyəsiz və şübhəçi olduqlarından özlərini güclülərdən qorumaq üçün bir olmaq, eyni olmaq, bir-birinin içinə girib gizlənmək istəyirlər. Amma Azad, Ass şair, ortada durub, heç nəyi vecinə almır. Bir şeiri min əllə yazmır, bir əllə yazıb çəkilib durur qıraqda.

Bu gün isə azadlıq köləlik deməkdir. Azadlıq sözü ictimai, siyasi, qlobal anlamda təhlükəli sözdür. Söz öz mahiyyətini dəyişdi. Sən özün qazanıb əldə etmədiyin nemət sənin deyil, sən özün qazanıb əldə etdiyin şey sənindir.

Bir zamanlar böyük, od, işıq anlamı verən bir işarə, yön, indi sönmüş, qaralmış ocaq kimi qarşımızda yığılır. Biz insan kimi azad deyil, söndürülmüş ocaqlarıq. Azadlıq mənim anlamımca, qandan daha çox, qələmlə, mürəkkəblə, düşüncəylə, fikirlə, inancla bağlı məfhumdur. Qan olan yerdə azadlıq oluşa bilməz".

Qeyd: Sual alman yazıçı Erix Mariya Remarkın "Zəfər tağı" romanında yer alan "Azadlıq insanın itirəcək bir şeyinin olmamasıdır" fikri əsasında qurulub.

Tarix
2015.09.03 / 08:15
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla