Yuxarı

Kreml: “Yetər ki, Bakı və İrəvan silahı yerə qoysun”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini tapmasının vacibliyinin fərqindədir.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti yazıb. Lavrovun Bakı səfərini şərh edən qəzet bunun öncədən Rusiya Xarici İşlər nazirliyi tərəfindən razılaşdırıldığını qeyd edib.

Qəzet yazır ki, Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların irəliləməsində maraqlıdır.

"Kommersant"a danışan Rusiya XİN-dəki mənbə isə problemin həllində əsas açarın Bakı və İrəvanda olduğunu dilə gətirib:

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında rolu var. Münaqişənin açarının Moskvada olmasına dair məlumatlara tez-tez rast gəlirik. Ancaq bu məsələdə əsas açar Bakı və İrəvanın əlindədir. Yetər ki, hər iki tərəf silahları yerə qoysun".

Nəşr münaqişə tərəflərinin növbəti görüşünün sentyabrın ortalarında baş tutacağına da diqqət çəkib:

"Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, xarici işlər nazirləri BMT Baş Assambleyasında məsələni müzakirə edəcəklər. Bu məlumatı İrəvandakı diplomatik mənbələr də təsdiqləyib".

Qeyd edək ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov sentyabrın 1-də Azərbaycana işgüzar səfər edib.

Tarix
2015.09.03 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla