Yuxarı

“Sosial layihələrdə ixtisarlar gözlənilmir”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 50 dollar nəzərdə tutulması 2016-cı ildə kapital xərcləmələrində qənaətə səbəb olacaq.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib. O, Maliyyə Nazirliyinin infrastruktur xərcləmələrinə qənaət etməklə gəlirlər və xərclər arasındakı balansı qorumağa çalışdığını bildirib:

"Əldə etdiyimiz məlumata əsasən, infrastruktur xərclərinin azalmasına baxmayaraq, sosial ayırmalarda hər hansı ixtisarlar olmayacaq. Gələnilki büdcədən 2015-ci ildə nəzərdə tutulan sosial ayırmaların həcmini qoruyub saxlamaq mümkün olacaq. Digər tərəfdən isə büdcə gəlirlərində qeyri-neft sektorunun payının 35 faiz olması və sosial ayırmaların da həcmdə paya malikliyi bu istiqamətə ayrılan vəsaiti neftin dünya bazar qiymətində sığortalayır. Başqa sözlə desək, sosial xərclərlə qeyri-neft gəlirlərinin payı büdcədə eynidir, yəni sosial xərclər qeyri-neft gəlirləri hesabına ödənilir və neftin qiymətindən asılı olmayaraq belə ayırmalar ödəniləcək. Bu baxımdan növbəti ilin büdcəsindəki sosial ayırmalar təmin olunmuş xərc maddəsidir. Güman olunur ki, 2015-ci ilin növbəti aylarında da Maliyyə Nazirliyi sekvest tətbiq etməklə infrastruktur xərclərinə qənaət edəcək. Bütövlükdə isə gələn il neftin qiymətinin bu il ilə müqayisədə 40 dollar aşağı götürülməsi qeyri-neft sektoruna diqqətin daha da artırılmasını gündəmə gətirib".

Tarix
2015.09.03 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla