Yuxarı

Qənirə Paşayeva naziri sərt tənqid etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Avropa Birliyi üzrə naziri Əli Heydər Qoncanı "erməni soyqırımı"na görə sərt tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Qənirə Paşayeva nazirin "erməni soyqırımı" ilə bağlı işlətdiyi "bir qətliam olduğu çox aydın və dəqiqdir, bunu hər kəs qəbul edir" ifadələrinin çox ağır ittiham olduğunu bildirib:

"Soruşmaq istəyirəm, "hər kəs" deyərkən kimi nəzərdə tutursuz? Çünki Türkiyənin qəbul etmədiyi yalnız sözdə olan bir soyqırım haqqında "hər kəs qəbul edir" ifadəsi çox ağır bir ittihamdır. Biz bunu qəbul etmirik və sizin bizim yerimizə heç bir söz haqqınız yoxdur. Deyiləcək söz qalmır, dünyada uydurma "erməni soyqırımı"na qarşı mübarizə aparan türk, azərbaycanlı aydınları, media və diaspor təşkilatlarının indiyə qədər apardığı iş bir nazirin verdiyi açıqlama ilə çox böyük bir zərbə aldı. Avropaya isə bundan gözəl fürsət ola bilməz. Zənnimcə, Türkiyə belə insanların əsas məqsədlərinin nə olduğunu görməlidir".

Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin HDP-dən olan Avropa Birliyi üzrə naziri Əli Heydər Qonca erməni soyqırımını qəbul edərək, "bir qətliam olduğu çox aydın və dəqiqdir, bunu hər kəs qəbul edir" ifadələrini işlədib.

Tarix
2015.09.03 / 11:53
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla