Yuxarı

Çak Norris Bakıya gəlir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud ulduzu, amerikan aktyor və döyüş növləri ustası Çak Norris Bakıya gəlir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Sudo döyüş növləri cəmiyyətinin sədri, çun-kuk-do Azərbaycan nümayəndəliyinin və peşəkar karate-do təşkilatının rəhbəri Sabir Süleyman verib.

Apasport-a açıqlama verən Sabir Süleyman tanınmış kinoaktyor Çak Norrislə görüşündən də danışıb. Samir Süleyman bildirib ki, Norris dağ keçisi ovlamağı çox xoşlayır:

"Çak Norris ilə yanaşı, iki qardaşı, anası və həyat yoldaşı ilə görüşlərim olub. Süfrə arxasında söhbət edirdik. Daha çox Azərbaycan və bu ölkənin idmanı barədə danışdıq, onları ətraflı məlumatlandırdım. Təəssüf ki, ölkəmiz ABŞ-da çox az tanınır. Bunu görüşlərim zamanı hiss etdim. Çak Norrisin qardaşlarından Ken Qallaher ABŞ Döyüş Növləri Federasiyasının (UFAF) prezidenti, digər qardaşı isə Aron Norrisdi. Ov həvəskarıdır. Mən də ona Azərbaycanda ov üçün gözəl yerlər olduğunu dedim və ölkəmizə dəvət etdim. Çak Norris gələn ilin sentyabrında bura gəlməyə söz verdi. Düşünürəm ki, buranı görsə, film də çəkdirər.

Xüsusən də, Babadağ ətəyində ekstrim yerlər var. Çak Norris keçən il bizi bir tədbirə dəvət etsə də, iştirak edə bilməmişdik. Bu il Qafqaz regionu, Orta Asiya və Postsovet ölkələri adından yalnız Azərbaycan nümayəndəsi dəvət almışdı ki, o da mən idim. Bu da onunla bağlıdı ki, biz çun-kuk-do döyüş növünü Azərbaycanda təmsil edirik".

Xatırladaq ki, əsl adı Karlos Rey Norris olan Çak Norris 1940-cı ildə ABŞ-ın Oklahoma ştatının Rayan şəhərciyində doğulub. Aktyor 5 uşaq atasıdır. Aktyora məşhurluq gətirən filmlər arasında "Prezidentin adamı", "Əjdahanın qayıdışı", "Müəllim-tələbə", "Yaxşı oğlanlar qara geyinir" kimi filmlərin adını çəkmək olar.

Tarix
2015.09.03 / 12:26
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla