Yuxarı

Oğlundan Rauf Ağayevə video – Slayd

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bir çox ilklərə imza atan və yeni jurnalist nəslinin yetişməsində rol alan tanınmış jurnalist Rauf Ağayevin ad günüdür.

1958-ci il sentyabrın 2-də anadan olan R.Ağayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Müəllimi, məşhur jurnalist Nəsir İmamquliyevin rəhbəri olduğu "Bakı"-"Baku" qəzetində fəaliyyətə başlayan gənc jurnalist qısa müddətdə imzasını tanıdıb.

Azərbaycanda ilk müstəqil jurnalistlər ittifaqının qurucusu, ilk böyük tirajlı pulsuz qəzetin naşiri kimi tanınır. 1992-ci ildən "Aydınlıq" qəzeti ilə əməkdaşlıq edən R.Ağayev 1995-ci ildə "Xalq qəzeti"nin baş redaktor müavini olub. Azərbaycanda ilk dəfə bazar günü dərc edilən və satışa çıxan qəzetin – "Xalq qəzeti"nin "Bazar əlavəsi"nin ideya müəllifi və redaktoru kimi çalışıb.

Daha sonra Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi olan R.Ağayev bir neçə ay əvvəl vəzifəsindən istefa verib.

Axar.az kollektivi ustad jurnalisti təbrik edir və oğlu, gənc yazar Məmməd Ağayevin atasının ad gününə hazırladığı video-slaydı təqdim edir:

Tarix
2015.09.03 / 13:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla