Yuxarı

Ermənilər kəndlərimizi atəşə tutdu: iki ev yandı, yaralı var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər Tovuzun sərhəd kəndlərini atəşə tutublar.

APA-nın verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərini yandırıcı güllələrdən intensiv atəşə tutub.

Nəticədə Əlibəyli kəndində Tarıyel İsmayılov və Mayıl Ağacanova məxsus evlər yanıb. Əraziyə Tovuz rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib.

Erməni silahlı bölmələrinin acdığı atəş nəticəsində 1952-ci il təvəllüdlü Tofiq Kazımov isə qarın boşluğundan güllə yarası alıb. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən kənd sakininin vəziyyətinin orta ağır olduğu bildirilir.

Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurub.

Tarix
2015.09.03 / 12:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla