Yuxarı

“Nəşnl İnterest”: Alman ordusu ölüm yatağında

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın "Nəşnl İnterest" (National İnterest) jurnalı bir zamanlar dünyanın ən güclü ordusuna malik Bundesverin böhran yaşadığını iddia edib.

Axar.az xəbər verir ki, jurnal Berlinin orduya maliyyə vəsaiti ayırmaması səbəbindən ciddi problemlərin yarandığını yazıb.

Məqalədə Qərbi və Şərqi Almaniyanın birləşməsindən sonra hərbi büdcənin kəskin azaldığı, ölkənin invertarındakı gəmi, təyyarə və zirehli vasitələrin 75 faizinin ixtisar olunduğu qeyd olunub. Alman büdcəsinin yalnız 1,2 faizinin hərbi xərclərə ayrıldığına diqqət çəkilən yazıda son illərdə Bundesverdə ciddi proseslərin getdiyi bildirilib:

"Almaniya çox sayda "Evrofayter Tayfun" tipli döyüş təyyarələrinin alınmasını nəzərdə tutan proqramı ləğv etdi. Hərbi Hava Qüvvələrinin əlində hazırda yalnız 109 ədəd "Evrofayter Tayfun" təyyarəsi var. 2014-cü ilin oktyabrında ehtiyyat hissələri çatışmazlığından problem o qədər böyüdü ki, yalnız 42 təyyarə aktiv döyüş vəziyyətində saxlanılıb".

"Leopard"lar da azaldı

"Bundesver xərclərini azaltmaq üçün əlindəki "Leopard II" tipli tankların sayını 225-ə salıb. Halbuki, Qərbi Almaniyada bu tankların sayı 2 mindən artıq idi".

HK G36 avtomatları işləmir

"Ordunun əsas silahı sayılan HK G36 tipli avtomatlar demək olar ki, yararsızdır. Bundesver 1996-cı ildən bu günə qədər 176 min G36 alıb. Ancaq Əfqanıstandakı əməliyyatlarda tüfənglərin davamlı qarşıdurmalarda yararsız olduğu ortaya çıxdı. Avtomatlar bir müddətdən sonra hədəfi dəqiq nişan ala bilmirdi".

Avtomat yerinə dəyənək

"Almaniya ordusundakı maliyyə çatışmazlığı NATO-nun alman bölmələrinə də ciddi təsir edib. Bu ilin fevralında Norveçdə keçirilən NATO hərbi təlimlərində alman əsgərləri avtomat əvəzinə dəyənəklərdən istifadə etmək məcburiyyətində qalmışdı".

Tarix
2015.09.03 / 19:21
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nə verib? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla