Yuxarı

“Qarabağ” Reynaldonu satmağa hazırdır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqiblərimizdən ikisi "böyük beşlik"də olan ölkələrin klublarıdır. Belə klublara qarşı oynamaq nə qədər çətin olsa da, bir o qədər xoş olacaq.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı "Qol.az"a geniş müsahibəsində qeyd edib ki, hər bir matça var gücümüzlə hazırlaşıb, yaxşı nəticə qazanmağa çalışacaqlar.

Onun sözlərinə görə, yeni transferləri canlı görməyib: "Düşünürəm ki, komandamıza faydalı olacaqlar. Gəlsinlər, yaxından tanıyandan sonra daha ətraflı fikir bildirərəm.

Ümumiyyətlə, yeni transferlər bəzən uğurlu olur, bəzən də uğursuz. "Qarabağ" klub olaraq hələ tam böyüməyib.

Addım-addım irəli getməyə çalışırıq. Böyük klublar istədiyi futbolçunu almaq imkanına sahibdir. Biz isə hər zaman axtarışda oluruq".

Qurbanov Reynaldo ilə bağlı təkliflər olduğunu təsdiqləyib: "Biz də bu təklifləri dəyərləndirməyə çalışırıq. Amma o, hələ bizə lazımdır. Çünki Avropa Liqasının qrupunda vacib oyunlarımız var.

O, bu oyunlarda özünü yaxşı tərəfdən göstərsə, daha səviyyəli klublara transfer oluna bilər.

Mümkündür ki, elə bir təklif olsun, hansısa klubla danışığa gedək. Reynaldo deyil, başqa futbolçulara da yaxşı təkliflər olsa, danışığa getməyə hazırıq. Biz artıq təkcə futbolçu almağa deyil, satmağa da alışmalıyıq".

Tarix
2015.09.03 / 22:21
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla