Yuxarı

Nazirlik narkomaniya ilə mübarizəni gücləndirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi narkomaniyadan əziyyət çəkənlərin sosial və tibbi reabilitasiyasını gücləndirib.

Bu barədə nazirlikdən Axar.az-a məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə profilaktik tədbirlərin görülməsi məqsədilə təlim kursları keçirilib.

Bu kurslar Respublika Narkoloji Mərkəzinin bazasında 2014-cü ilin oktyabr-noyabr aylarında təşkil olunub.

Təlimlərdə Bakıda orta ümumtəhsil məktəblərdə çalışan həkimlər və orta tibb bacıları iştirak ediblər. Onlar gənclər, yeniyetmələr və uşaqlar arasında narkomaniyanın qarşısını alınması ilə bağlı təlimatlandırılıb.

İki həftə davam edən kurslarda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin nümayəndələri də iştirak ediblər.

Təlim kurslarında narkomaniya problemlərinə aid prezentasiyalar təqdim olunub və müzakirələr aparılıb. Kursun sonunda iştirakçı olan bütün orta məktəb həkimlərinə və tibb bacılarına sertifikat təqdim olunub. Nazirlik bu cür tədbirləri davam etdirəcək.

Xatırladaq ki, narkomanların normal həyata və cəmiyyətə qaytarması məsələnin vacibliyini nəzərə alaraq ölkə prezidenti tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair üç Dövlət Proqramı təsdiq edilib. Artıq iki Proqram tam icra olunub.

Tarix
2015.09.04 / 01:59
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla