Yuxarı

Mehriban Əliyeva Fransua Ollandla görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Yelisey sarayında bu ölkənin prezidenti Fransua Olland ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Fransa prezidenti Fransua Olland Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Parisdə təşkil olunan mədəniyyət tədbirlərində iştirakına görə minnətdarlıq edib. İki ölkə arasında münasibətlərin böyük potensialının olduğunu deyən Fransua Olland Fransa ilə Azərbaycanın iqtisadiyyat, enerji, informasiya - kommunikasiya texnologiyaları, kosmik sənaye, kənd təsərrüfatı və digər sahələrdə uğurlu əlaqələr qurduğunu vurğulayıb. Fransanın Azərbaycan ilə əlaqələrini genişləndirməkdə maraqlı olduğunu qeyd edən Fransua Olland ikitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Birinci xanım Mehriban Əliyeva Azərbaycan-Fransa əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, münasibətlərin dərinləşdirilməsinin ölkəmizin xarici siyasətində mühüm istiqamət təşkil etdiyini vurğulayıb. Son illərdə Azərbaycanın Fransada daha yaxşı tanıdılması üçün bir çox layihələrin həyata keçirildiyini deyən Mehriban Əliyeva sentyabrın 3-də Parisdə reallaşan Azərbaycan şəhərciyinin açılış mərasiminin də bu silsilədən olduğunu bildirib. Mehriban Əliyeva qeyd edib ki, bu cür mədəniyyət layihələri artıq Fransanın 25-ə yaxın regionunda da baş tutub, Azərbaycanın və Fransanın 10-dan artıq şəhəri dostluq və qardaşlıq əlaqələri qurub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın roluna toxunan Mehriban Əliyeva ümidvar olduğunu bildirib ki, Fransa bu münaqişənin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı mövqeyini davam etdirəcək.

Prezident Fransua Olland Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasında ölkəsinin mövqeyini ifadə edərək, Fransanın bu münaqişənin həllində maraqlı olduğunu vurğulayıb.

Tarix
2015.09.04 / 09:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla