Yuxarı

İlham Əliyev Xızı və Siyəzənə getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Xızı rayonunda suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib.

Axar.az xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət başçısına layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, "Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" layihəsinə daxil olan Xızı rayonu üzrə hazırlanan layihədə cəmi 12 min 579 hektar sahənin 9 min 609 hektarında meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 2 min 970 hektarında mövcud əkin sahələrinin su təminatinin yaxşılaşdırılması nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından Xızı rayonunda yeni suvarılan torpaqlara suyun verilməsi qurğusunu işə salıb.

Dövlət başçısına "Samur–Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinə daxil olan "Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" layihəsi barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Xızı rayonu üzrə yeni suvarılacaq torpaq sahələrinə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar daxildir. Su yeni inşa olunan Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron kanallarından götürüləcək. Layihədə ümumi uzunluğu 269,7 kilometr, o cümlədən 200,3 kilometr qapalı və 69,4 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 1150 hektar sahədə kollektor-drenaj şəbəkəsi layihələndirilib. Layihə 2014-cü ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət ekspertizasının rəyi ilə təsdiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2014-cü ilin iyul ayının 22-də Xızı rayonuna səfəri zamanı yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından rayonun yeni suvarılan torpaq sahələrinə suyun verilməsi və mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak edib və bu işlərin vacibliyini nəzərə alaraq, onların sürətləndirilməsi üçün müvafiq tapşırıqlarını verib. "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu tapşırıqların vaxtında icrasının təmin edilməsi üçün Dövlət Neft Fondunun vəsaiti hesabına 2014-cü ildən 3 min 396 hektar torpaq sahələrində kompleks meliorativ tədbirlərin həyata keçirilməsinə başlanılıb və işlər bu ilin avqust ayında tamamlanıb. Yeni istifadəyə veriləcək 3 min 84 hektar torpaq sahəsinin 514 hektarı dövlət, 1715 hektarı bələdiyyə və 855 hektarı xüsusi mülkiyyətdədir. Bu torpaqların 170 hektarında ABŞ istehsalı olan, ən son texnologiyalara əsaslanan yağış üsulu ilə suvarma sistemi quraşdırılıb. Bu sistem respublikada təbii təzyiq hesabına çiləmə aparan yeganə sistemdir.

Bildirilib ki, Xızı rayonunda bu ilin sonunadək əlavə olaraq 3 min 715 hektar, o cümlədən 2 min 315 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1400 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə meliorativ tədbirlərin başa çatdırılması nəzərdə tutulur. Bununla da 2015-ci ildə Xızı rayonu üzrə 7 min 111 hektar, o cümlədən 5 min 399 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1712 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması təmin ediləcək. 2016-cı ildə isə layihənin başa çatdırılması üçün Xızı rayonunda 5 min 468 hektar ərazinin su təminatının yaxşılaşdırılması işləri həyata keçiriləcək. Yeni suvarılacaq torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 1150 hektarda kollektor-drenaj şəbəkəsinin tikintisi nəzərdə tutulub.

Prezident İlham Əliyev yaradılmış imkanlardan səmərəli istifadə edilməsi, növbəti layihələrin vaxtında və uğurla icra olunması ilə bağlı müvafiq nazirliklərin və qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Tarix
2015.09.04 / 15:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla