Yuxarı

İlham Əsgərovu İsrafilov öldürdü

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Azərbaycan Dövlət Akademik Milli Dram teatrında bir tamaşa səhnələşdirildi ki, fəaliyyət göstərdiyi bir əsrdə teatr belə tamaşa görməmişdi. Bu dəfə baş rollarda aktyorlar yox, jurnalistlər oynayırdı. Mənfi qəhrəman kimi isə onlar teatrın bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətovu seçmişdilər.

143-cü teatr mövsümünün açılışı ilə bağlı mətbuat konfransı daha çox toy mağarını xatırladırdı. Tədbiri qeybətlə, söz-söhbətlə yaraşığa mindirən jurnalist bacı və qardaşlar elə əlbir olmuşdular ki, bir ordunu xatırladırdılar. Bu birliyi görəndə təsəvvür eləyin də, qəhər boğazımı necə düyünləmişdi. Həmin an ordunun marş sədaları altında sıra addımları ilə cəbhə xəttinə addımladığını xəyal edirdim ki, qara-qışqırığa diksindim. Bir də gördüm Azərpaşa Nemətovu qısnayıblar küncə ki: "İlham Əsgərov niyə öldü? Onu İsrafilovmu öldürdü? Mərhumun ürəyini sizcə teatrda partlatdılar, yoxsa öz-özünə partladı? Niyə Masallıya mərhumla vidalaşmağa gedəndə avtobus tutmadınız?"

Anşlaqla qarşılanan tamaşada jurnalistlər haqq-ədaləti bərpa edən müstəntiq, Azərpaşa Nemətov isə cinayətkar rolunda idi.

Mən Azərpaşa müəllimi heç vaxt belə balaca (cismən), çarəsiz və ümidsiz görməmişdim. Kişi sualların ağırlığından (boş ağırlıq!) o qədər sıxılmışdı ki, danışmağa çətinlik çəkirdi.

Adam axırda dilə gəldi: "Mən özümü yaradıcı suallara hazırlamışdım, məni tanıyan jurnalistlərin bu cür yaradıcılıqdan kənar, bayağı suallarla üstümə hücum çəkəcəyini gözləmirdim".

Bir məqam da diqqətimdən heç yayınmadı. Bir jurnalist sual verdi ki, aktyor Kazım Abdullayev irad tutub ki, niyə Akademik Milli Dram Teatrı mövsümü nağıl tamaşa ilə bağlayır? Azərpaşa müəllim də cavabında dedi ki, Moskva Bədaye Teatrı da bəzən mövsümü Moris Meterlinkin "Göy quş" əsəri ilə açır və ya bağlayır. Əgər repertuarda varsa, bu, normaldır.

Həmin an başqa bir jurnalistin sifəti elə hala düşdü ki, öz canım üçün peşəmdən iyrəndirdi məni. Guya bunu gülmək tutur. Guya bu gülmək istəyir, amma özünü güclə saxlayır, halbuki əksinə, gülmək üçün hıqqanırdı. Adama deyərlər: "Sən kimsən?" Artıq dərəcədə təvəqqe edirəm, cənab, güzgüyə bax və özünə sual ver: "Mən kiməm?"

Adam Meterlinkdən danışır, sən ağız büzürsən. Bu haqqı nə vaxt qazandığını düşünürsən?

Mənim nə Azərpaşa Nemətovla, nə də həmin jurnalist qırıqları ilə yaxından tanışlığım var. Sadəcə həmin gün "şou"nun mədəniyyətə meydan oxuması məni bu yazını yazmağa məcbur etdi.

Azərpaşa Nemətovun baş barmağının bildiyini başları bilməyənlər elə suallar verirdilər ki, mən onların yerinə həqiqətən utanırdım və fikirləşirdim: "Kaş haqlı olardılar".

Mətbuat konfransında iştirak edən həmin jurnalistlərin adından mədəniyyətimizdən və Həsən bəy Zərdabidən üzr istəyirəm.

Tarix
2015.09.14 / 08:45
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bu yoldakı körpü təmir edilir – Ehtiyatlı olun!

“Molla Nəsrəddin” jurnalı haqda şok faktlar

Xalq artisti niyə ruhi dispanserə gedib? - Video

“Belə bayağı, primitiv sözlər...”

Dünyanın ən gözəl azərbaycanlı Karmeni - Foto

Aşıq Ədaləti öldürmək istəyən kim olub?

Erməni hakerlərdən növbəti hücum - Foto

Möcüzələr yaradan Qəbələ sakini – Video

Pamuk: “63 il əvvəl İstanbul...”

Azyaşlılara sevindirici xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla