Yuxarı

İki dost məzarı: biri polis, biri PKK-çı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

...İndi onların məzarları arasında nə az, nə çox, 50 metr məsafə var. Ölüm də onları ayıra bilmədi, yolları ayrılsa da.

Rəcəb və Ridvan uşaqlıqdan dost olublar. Ərzurumda bir yerdə oynayıblar, seviniblər, gülüblər, arzular, xəyallar qurublar, dağıdıblar. Onlar həm də qohumdurlar. Amma qohumluqdan çox, dostluq bu iki gənci bir-birinə bağlayıb.

***

Avqustun 19-da Türkiyənin Siirt bölgəsində hərbi maşın partladılır. Şəhid olan 8 əsgər arasında Rəcəb Bəycur da var. Onun cənazəsi doğma şəhərinə gətirilir və dəfn olunur.

Çox çəkmir, sentyabrın 10-da Ərzurumda Rəcəbin məzarının 50 metrliyində uşaqlıq dostu Ridvan İpək dəfn olunur.

Ridvan Tuncelidə polis idarəsinə hücum zamanı öldürülür. Bir polisin öldüyü silahlı qarşıdurmadan PPK-çı Ridvan sağ çıxmır. Onu doğulduğu Ərzurumda dostu Rəcəbin yanında torpağa tapşırırlar.

***

Bu qədər soyuq və ağrılı ölümlər... İki qardaşı bir-birinə düşmən edən gərəksiz müharibə, qan-qada, göz yaşı, nakam tale və hələ böyümədən məzara gömülən arzular.

Bu savaşdan silah alveri edənlər, Türkiyəni gözü yaşlı görmək istəyənlər, qardaş qırğını arzulayanlar qazandı. İtirən Türkiyə oldu. Çünki hər ikisi bu ölkənin vətəndaşı idi.

Rəcəb və Ridvan isə uşaqlıqda xəyal belə etməzdilər ki, haçansa böyük oyunların qurbanı olacaqlar. Biri terrora qarşı mübarizə apararkən, ən əziz dostu terrorçu çıxır.

Ridvanın polis idarəsinə hücum edərkən vurduğu polis elə hərbi maşında partlayıb həyatını itirən uşaqlıq dostu Rəcəb də ola bilərdi.

İndi hər iki gəncin valideynləri dizlərini qucaqlayıb göz yaşı tökməkdədir.

Türkiyə isə müharibənin tən ortasına salınıb, hələ neçə belə canlar tələf olacaq...

Tarix
2015.09.16 / 08:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Virusa yoluxan arvadını balkondan atdı - Video

Bakıda saxta “İvanovka” məhsullarını kim satır?

Dilqəm Əsgərovun oğlu atasından narahatdır

Abdullalar “ölümə” tərk edilib? – TƏBİB-dən cavab

İkinci meyit də 2015-də itkin düşən neftçinindir - Təsdiq

Bu çirkin kampaniyanın başında o dayanır

Proqnozu doğrulmadı, astroloq isə israr etdi...

Peyvəndə ümidlənməyin: zəncəfil, sarımsaq isə... – Video

Əhali rayonlara buraxılsın, Bakıda sıxlıq azalsın – Həkim

Bu türk ölkəsi də sərt karantin tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla