Yuxarı

Silahlı aktyorlarımız rusları necə qovdu?.. - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Rol yoldaşı" layihəsinin budəfəki qonağı əməkdar artist Ənvər Həsənovdur. O, bir çox filmdə, tamaşada tərəf-müqabili olduğu mərhum xalq artisti Həsən Məmmədovla bağlı fikirlərini bölüşür:

Çox gözəl insan idi

"Həsən Məmmədov haqqında çox danışmaq olar.1965-ci ildə kinostudiyada işə başlayandan Həsənlə dostlaşdım. Tale elə gətirdi ki, biz onunla bir neçə filmə bir yerdə çəkildik, tərəf-müqabili olduq.

Mən Həsən Məmmədovu dahi aktyorlardan sayıram. Aktyorluqla yanaşı o, həm də çox gözəl insan idi. Onunla dostluq etmək özü böyük xoşbəxtlik idi. Bizim onunla səfərlərimiz də çox olub. Polşada, Çexoslovakiyada və s.ölkələrdə olmuşuq.

Ürəyim ağrıyır

Çox təəssüflər olsun ki, bu gün Həsən bizim aramızda yoxdur. Onun çəkildiyi gözəl filmlər "Yeddi oğul istərəm", "Arxadan vurulan zərbə" və s. bu gün də baxılır, sevilir. Mən hətta həmin filmlərə baxanda ürəyim ağrıyır.

Cəlalın ölümündən sonra

Çəkiliş meydançasında gözlənilməz hadisələr olurdu. Həsənin tərsliyi yox idi. Çox mülayim, gözəl bir insan idi. Həm də çox həssas idi. "Yeddi oğul istərəm" filmində Cəlalın ölümündən sonra Humayı döyür, deyir, təqsirkar sənsən. Həmin vaxt Rafiq Əzimov – Şahsuvar gəlib atın başını tutanda at qəfildən tərpənmişdi, onun başı dəymişdi, alnı cızılmışdı. Həsən müəllim ona görə elə bir vəziyyətə düşmüşdü ki... Burda Həsənin heç bir təqsiri yox idi, amma həssas adam idi deyə, belə şeylər ona pis təsir edirdi.

Həmin filmin çəkilişi vaxtı biz Qobustan rayonunda qalırdıq. Cəlalın ölüm səhnəsini Qobustan qayalıqlarında çəkirdik. Mən ölüm səhnəsində tək çəkilirdim. Ona görə o biri aktyorlar çəkiliş meydançasına getməmişdi. Mən çəkilişdən qayıdanda Həsən özünü üstümə necə atdısa, çox təsirləndim. Çox yorğun, əzgin, ölgün gəlmişdim. Həsən başda olmaqla yoldaşlarım mənə çox mehriban davranırdılar, qulluq göstərirdilər.

Məni lağa qoydular

"Yeddi oğul istərəm"i Buzovnada çəkəndə orda oteldə qalırdıq. Ora filmə çəkiləcəyimiz geyimdə getmişdik, bütün silahlarımızı da götürmüşdük ki, səhər tezdən, gün çıxmamışdan çəkilişə başlayaq, sonra çıxaq gedək. Həmin oteldə də xarici pilotlar, stüardessalar qalırdılar. Elçin Məmmədov (Mirpaşa) dedi ki, mən darıxıram, gedirəm televizora baxmağa (televizoru foyeyə qoymuşdular). Getməyindən heç beş dəqiq keçməmişdi ki, bir də gördük pərişan halda qayıtdı. Soruşduq ki, nə olub? Dedi, ruslar oturub orda, mən getdim, məni lağa qoydular. Həsən dedi ki, uşaqlar, durun mənlə gəlin. Biz də çıxdıq onun arxasınca. Gördük ki, doğrudan da, foyedə 20-30 nəfər bizim millətdən olmayan adam var. Getdik ikimiz birinin, ikimiz o birinin, birimiz birinin və s. yanında oturduq. Beş dəqiqədən sonra zalda bir adam da qalmamışdı. Hamımız silahlı idik deyə qorxmuşdular.

Dədə Qorquda erməni dedilər

Yaxşı aktyor olmaq üçün həm də yaxşı insan olmaq lazımdır. Bu ikisi vəhdət təşkil etməsə, bəlkə də Həsənin kinoda yaratdığı obrazlar o qədər gözəl alınmazdı, tamaşaçılar tərəfindən sevilməzdi.

Çəkilişdən kənar bir hadisə də yadıma düşdü. Səhv etmirəmsə, 1975-ci il idi. Pirquluda "Dədə Qorqud"un çəkilişləri aparılırdı. Çəkiliş qrupunun əsası getmişdi, biz Həsənlə axıra qalmışdıq. Mən adi paltarda idim, assistent kimi çalışırdım. Həsən isə Dədə Qorqud paltarında idi. Oturub maşın gözləyirdik ki, gəlib bizi aparsın. Bir də gördük restorandan cavanlar çıxdı. Təəccüblə Həsənə baxıb dedilər ki, bu nədi, ala, erməni keşişi burda neyləyir? Həsən durdu ayağa, dedi, bura bax, bu saat pariki-zadı başımdan çıxarıb səninlə başqa cür danışaram, yekəbaşın biri yekəbaş. Uşaqlar o saat dillərini saldılar qarınlarına, səsindən tanıdılar ki, bu, Həsən müəllimdir, üzr istəyib getdilər. Yəni belə çılğınlıqları da olurdu, bəzən özündən çıxırdı. Gözəl günlər idi...

Allah rəhmət eləsin, çox böyük sənətkar idi. Mən onun bu gün aramızda olmamasını Azərbaycan üçün böyük itki hesab edirəm".

Tarix
2015.09.20 / 10:28
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla