Yuxarı


Şori Kraliçası “Axar.az”a danışdı

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“O uşaqlar isə ruslaşaraq Azərbaycan dilini və Azərbaycanı atalarına unutdururlar…”

 

Çıltıs Tannaqaşeva Sibirdə yaşayır. Kemerovo vilayətində - Qədim Türklərin əzəli torpaqlarında, öz torpaqlarında. Pasportların “milliyəti” bölümündə Sovetlər dönəmində rus dilində elə beləcə də yazılıbmış -  “Koroleva Şorii” -“Şori kralicası”.

Şori türk tayfalarının Sibirdə yaşamaları məlum idi. Amma rus – sovet hakimiyyətinin onları belə adlandırması xəyala belə gəlməzdi. Çıltıs xanım Kemerovoda aktirisa kimi tanınır və yaxın bölgələrdə çox sevilir. Azərbaycan diasporu ilə də sıx əlaqələri var. Birgə tədbirlərin düzənlənməsində xidmətləri olub.

Çıltıs xanımla müsahibəni təqdim edirik.

 

- Çıltıs xanım kimdir, qədim Türklərin hansı soyuna aiddir?

 

- Mən Rusiyanın Kemerovo vilayətində yaşayıram, bura mənim doğulduğum yerdir. Mənim çocugluğum burada kecdi, burada böyüdüm, burada ana oldum, buradan dünyaya boylandım. Mən məmləkətimi cox, lap cox sevirəm!

 

- Siz aktirsasız. Əsasən hansı dildə oxuyursuz, hansı musiqi alətində ifa edirdsiz?

 

- Düz deyirsiz, mən bir sənətçiyəm. Həm kay-komuzla, həm də dəmir komuzla ifa edirəm, Şori dilində xalq mahnıları oxuyuram.

 

- Sibirdə hansı türk tayfaları var?

 

- Sibirdə yaşayan millətlərin sayı coxdur. Amma ən qədimi Şorilər və Teleutlar olub. İndiki zamanda isə Kemerovo da başqa turklər də yaşayır - Kazan tatarları, azərbaycalılar, çuvaşlar, başqırdlar, qırğızlar, özbəklər və təbii ki, biz və teleutlar…

 

- Şori dilində məktəbiniz, TV verlişləri, radio, qəzet necə, varmı?

 

- Təəssüf ki, bizim öz dilimizdə nə Televiziya, nə də radio var. Heç qəzet də çıxmır. Məktəbimiz də yoxdur. Sadəcə, bütün vilayətdə cəmi 3 məktəbdə fakultətiv dərslər keçirilir. Amma sizlərə gözəl bir xəbərim də var. İnşallah, ən qısa zamanda “TRT Avaz”da Şori dilində bir proqram yayımlanacaq. Mənim hazırlayacağım bu tele-layihə dunyada Şori dilində ilk veriliş olacaq. Buna görə “TRT-Avaz”ın koordinatoru Adnan Suere və yönətmən Tayfun Tanju Karaya təşəkkür edirəm.

 

- Azərbaycan diasporu ilə əlaqələriniz varmı?  

 

- Təbii ki, bizim bölgədə Azərbaycan diasporu var və hər il burada keçirilən festivallarda, dövlət tədbirlərində biz onlarla bərabər oluruq. İş birliyimiz var. Oktyabrın 30-da burada yenə də böyük bir tədbir düzənlənəcək. Azərbaycanlılar, biz və digər türk xalqları öz mədəniyyət nümunələrini sərgiləyəcəklər. Biz cox yaxşı münasibətdəyik. Novruzda birlikdə tədbirlər keçiririk. Axı bu bayram bizim də milli bayramdır.

 

- Azərbaycanda olmusuz?

 

- Xeyir, çox təəssüf ki, olmamışam. Amma Azərbaycanı, insanlarını demək olar ki, artıq tanıyıram. Gözəl arxitekturaya malik olan abidələriniz haqda, şəhərləriniz haqda məlumatlarım var. İnşallah yaxın zamanlarda olaram.

 

- Kimləri tanıyırsız, kimlərlə əlaqələriniz var?  

 

- Dostlar çoxdur. Türkiyədə və başqa türk dilli dövlətlərin tədbirlərində olmuşuq. Sizin gözəl sənətçiniz Azərin xanıma pərəstiş edirəm. Dostumdur. Yazarlarla dostluğum var, onları oxuyuram. Sizi, Əkbər Qoşalını, Salamı, Həyat Şəmini və başqalrını tanıyıram. Onları internet vasitəsi ilə oxumuşam. Çox yaxşı yazarlardır, amma fərqlidirlər, onların yaradıcılığında oxşarlıq yoxdur. Bu, çox yaxşıdır.

 

- Bildiyimizə görə, sizi Rusiyada assimliasiya edirlər, var ola-ola “yoxa” çıxırsınız. Barı diliniz yaşayırmı?  

- Bizdə assimiliasya var və bu, çox sürətlə gedir. Gənclər var ki, oz dilini heç bilmir. Bu, təkcə bizə aid deyil. Bölgədə başqa tük millətləri var ki, onlar da dillərini unudur. Məsələn, tatarlar, azərbaycanlılar və digərləri…

 

- Rusların son vaxtlar qeyri millətlərə qarşı pis davranmaları haqda danışılır, bu, Sibirdə də müşahidə olunurmu?

 

- Mən bunu müşahidə etməmişəm. Bu torpaqda ilk olaraq biz yaşamışıq, ona görə də biz burada yad deyilik.

 

- Azərbaycanlılar sizin bölgədə fəaldırmı?

 

 - Məncə azərbaycanlılar her yerdə aktiv insanlardır, fəaldırlar. Bizim bölgənin restoran biznesləri, bazarlar azərbaycanlıların nəzarətindədir. Əksəriyyəti rus qadınlarla ailə qurublar. Rus qadınları onlara azərbaycanlı usaq doğur. O uşaqlar isə ruslaşaraq Azərbaycan dilini və Azərbaycanı atalarına unutdururlar. İnşallah hər şey yaxşı olacaq.

- İnşallah...

Tarix
26 Oktyabr [01:22]
Müəllif
Faiq Balabəyli
Şərhlər
Ən çox izlənənlər

Rus qadın canlı yayımda Putini üzünə söydü – Video

Rus xüsusi təyinatlıları biabır oldu – Video

Putini Yaponiyaya buraxmadılar - Şok

Yanıq Mərkəzinin qalmaqallı baş həkimindən inanılmaz - Fotolar

Hafka çıxarıldığı banka rəhbər qayıdır

Prezidentin yeni villaları - Foto

İranlılar hicaba qarşı etiraza qalxdı - Foto

Xoşqədəm Hidayətqızı Doğuşla Türkiyədədir

Şərhini əlavə et Bağla
  Ad və soyad
  E-poçt
  Şərhiniz
 
Xəbər xətti
SORĞU
Sağlığınızı hansı ölkənin səhiyyəsinə etibar edirsiz?
 Azərbaycan
 Türkiyə
 Rusiya
 İran