Yuxarı

Kişilərin qadınları anlaması...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlar ömür boyu anlaşılmaq problemi yaşayıblar. Ya da anlaşılmadıqlarını iddia edərək kişiləri ittiham etmək üçün əbədi bəhanə tapıblar.

Sonra bir dahi kişi çıxıb (deyəsən Oskar Uayld idi o dahi) "Qadınları anlamağa çalışmayın. Onlar anlaşılmaq üçün deyil, sevilmək üçün yaradılıblar" deyərək məsələni qadınların könlünü alaraq kişilərin xeyrinə həll etməyə çalışıb.

Adam yaşlandıqca, təcrübə qazandıqca bir məntiqlə başqa məntiqi mühakimə etməməyi öyrənir.

Bəlkə də, qadınları çözmək, məsələn, bildiyin xarici dil təkcə almanca olduğu halda ingiliscə olan romanı anlamağa çalışmaq qədər absurdur. Ya da ərəbcə bildiyin halda farsca oxumağa çalışmaq kimi bir şey... Oxşar bir neçə sözə baxıb özündən məna çıxarıb mətni anlamaq istəmək kimi mənasız.

Normal məntiqlə yanaşsaq, belə mövzuları ancaq bekar adamlar müzakirə edə bilər. Sonucda qadın da, kişi də insan... Gəl ki qadın məntiqi hadisələrə normal məntiqlə yanaşmağa imkan vermir. Yəqin, elmdə olan formal məntiq və riyazi məntiqdən başqa bir də həyatın yazılmamış qanunlarına görə qadın məntiqi var ki, işlər o məntiqlə həll olunanda dalana dirənir.

Tələbə vaxtlarımda bir yaxın dostum vardı. Dostluğumuza səbəb şəhər uşağı və bizdən də 3-4 yaş böyük (istədiyi ixtisasa qəbul olmamışdı deyə oxumamışdı) olması idi yəqin ki. Çox şey yaşamışdı, pafoslu və emosional da danışığı vardı. Nəsə problemi olanda, 22-24 yaş arası qızın içindəki güclü, özünəinamlı qadın tələm-tələsik özünü yetirirdi. Həmişə şən görünsə də, qap-qara, yumru gözlərində qəribə kədər vardı. Yarı yalan, yalan doğru həyatından maraqlı hadisələr danışıb həmişə maraq obyekti ola bilirdi. Boşuna xatırlamadım onu, qadın-kişi mövzusunda ondan çox şey öyrənmişəm. Bunu da o danışmışdı:

"...İlk aşiq olduğum adam ondan sonrakı yaşamımı cəhənnəmə çevirdi rəsmən. Eşqin eyforiyasından ayılmamış, "Məni atıb gedən sevgilimi hələ də unuda bilməmişəm. Səndən ayrılmaq istəmirəm, amma onu düşündüyüm halda münasibəti bu cür saxtakarlıqla davam etdirmək də düzgün deyil", - deyib getdi. Aylarla özümə gələ bilmədim. Sonra ondan "qisas" almaqçün ən filan-filan adamlara baş qoşdum. Ən münasib sevgi təkliflərinə "hə" deyib münasibət qurdum. Və "bumeranq" başlandı... Onun mənə etdiklərini mən başqalarına etməyə başladım. Labirint kimi həyat, sevgilər "qisas" üstündə quruldu.

Üstündən bir ildən çox vaxt keçib, arada-sırada yazır. Keçən dəfələrdə də Votsapa "İndi sənin nə hiss etdiklərini daha yaxşı anlayıram. Hiss etdiklərinin hamısını anlamışam, vallah", - yazmışdı...

Yadıma kişilərin qadınları anlaması ilə bağlı min cür misal, məsəl, lətifə, hekayə düşdü. Gülümsəyib, "tez deyil ki?" yazdım. Ya anlamadı, ya da özünü qanmazlığa vurdu. Mən bir il qabaq da bu dildə danışırdım".

Tarix
2015.10.03 / 08:45
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Britaniya səfirliyinin rusca altyazılı filmləri

“Locarno”da iştirak edən filmimiz Bakıda – Video

Bu gün “Qarabağnamə” nümayiş olunacaq

“…Qanımdadır” nümayiş olundu – Foto

“Belə gəlib, belə də getsin dünyadan...”

Aygün Mandelanın aldığı mükafatı aldı

Məşhur amerikalı yazar vəfat etdi

Van Qoqun nadir – Fotosu

“Qarabağlı Hüseynalı Bəy” təqdim edildi - Foto

Nazir xalq şairindən danışdı – Gecə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla