Yuxarı

Elman Rüstəmov maşın kreditlərini dondurdu - Özәl

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Bank avtomobillәrin alınması üçün vətəndaşlara verilən kreditlərin dayandırılması ilə bağlı banklara göstəriş verib.

"Axar.az"a özəl mənbələrdən daxil olan məlumata görə, Milli Bankın bu qadağası bu gün bütün banklara elan olunub və bununla da maşınların alınması üçün kredit verilmәsi dondurulub.

Qaynağın məlumatına görə, bu qadağa nәqliyyat vasitәlәrinin biznesinə ciddi ziyan vurub. Bu gün maşın almaq üçün banklara müraciət edənlər əliboş qaytarılıblar.

Qeyd edək ki, Azərbaycanda kreditlərin risk faizi yüksək olsa da, maşın krediti təminatlı kreditlər kateqoriyasına aiddir. Ona görə də bu qərarın niyə verildiyi və avtokreditlərin dondurulmasının səbəbi bəlli deyil.

Mütəxəssislərin bildirdiyinә görə, hazırda ümidsiz (yəni geri qayıtma ehtimalı olmayan) kreditlərin banklar üzrə ümumi dəyəri 1 milyard dollardır.

Buna görə də ehtimallardan biri kredit riskini aşağı salmaqdır. Digər ehtimal isə ölkənin sürətli inkişafı ilə maşın idxalının çoxalması səbəbindən Bakıda yaranan dəhşətli tıxacların aradan qaldırılmasına yardım etməkdir.

Qaynağımız onu da bildirib ki, yaxın zamanlarda avto-kreditlәrin verilmәsi iş yerindәn arayış tәqdim etmәklә bәrpa olunacaq. Lakin kreditlәrin hәcmi maaşlara adekvat ayrıldığına görә әvvәlki kimi böyük mәblәğdә kredit almaq mümkün olmaycaq.

Xatırladaq ki, bu gün arayışsız verilən mini kreditlərin də dondurulması ilə bağlı rəsmi açıqlama yayılıb. Səbəb kimi isə bu kreditlərin daha çox risk kateqoriyasında olduğu göstərilir.

Tarix
2014.01.17 / 22:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla