Yuxarı

Kadırovun ad gününə hansı ulduzlar gələcək? – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çeçenistanın Prezidenti Ramzan Kadırovun doğum günüdür.

Axar.az xəbər verir ki, çeçen lider 39 yaşını qeyd edir.

Şimali Qafqazın ən ziddiyyətli siyasi şəxslərindən olan R. Kadırov özünün qeyri-ənənəvi idarəetmə üsulları və həyat tərzi ilə tanınır.

O, 1976-cı il oktyabrın 5-də keçmiş SSRİ-nin Çeçen-İnquş Muxtar Respublikasının Kurçaloy rayonu, Çentaroy kəndində anadan olub.

2004-cü ildən Rusiya Federasiyasının Milli Qəhrəmanıdır. Atası, keçmiş müfti Əhməd Əbdülhəmid oğlu Kadırov 2000-ci ildən Çeçenistana rəhbərlik edib.

Lakin 2004-cü il mayın 9-da paytaxt Qroznıda Qələbə Günü münasibətilə keçirilən tədbir zamanı törədilən terror nəticəsində dünyasını dəyişib.

2007-ci ilin oktyabrında keçirilən seçkilərdə oğul Kadırov 80,84 faiz səslə prezident seçilib.

Çeçenistan rəhbəri Boks Federasiyasının prezidenti və boks üzrə idman ustasıdır. Çeçen prezident öz həmkəndlisi və məktəb yoldaşı Mədinə Kadırova ilə evlidir.

Bu xanım media üçün o qədər də açıq qadın deyil. Sərt çeçen həyat tərzi ilə yaşayan prezident ailəsi haqda danışmağı xoşlamır.

Orta məktəbdən Mədinəni sevən Ramzanla nikahından 7 uşaq dünyaya gəlib- 4 qız və 3 oğlan. Qızları Ayşat, Karina, Xedi, Təbərik, oğulları Əhməd və Adəm.

Yada salaq ki, çeçen rəhbər 35 yaşını təmtəraqlı təşkil etmişdi. Qroznının "Şəhər Günü" adı altında keçirilən mərasimə Hollivud ulduzları - Kevin Kostner, Jan Klod Van Dam, Hilari Svank, məşhur skripkaçı Vanessa Mae də qatılmışdı.

Kadırov ad gününü milli müəllimlər günü və çeçen gənclik günü elan edib. Yerli medianın yazdığına görə, Kadırov ad gününə çağırdığı məşhurlara yüksək məbləğdə qonorar verib.

Skripkaçı Vanessa Maenin 500 min dollar aldığı bildirilirdi. Hollivud ulduzlarının nə qədər qonorar aldığı isə bilinmir.

Şakiranın da ad günü tədbirində iştirak edəcəyi və konsert verəcəyi qabaqcadan elan olunmuşdu. Amma insan haqları təşkilatlarının təzyiqi onu dəvəti qəbul etməkdən çəkindirib.

Qeyd edək ki, Çeçenistan başçısının bu dəfəki doğum günü tədbirinə hansı ulduzların iştirak edəcəyi gizli saxlanılır.

Tarix
2015.10.05 / 11:02
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla