Yuxarı

Ərdoğan: “Çirkin iftiralarla qarşılaşıram”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1838-ci ildən bəri ilk dəfə Türkiyə-Belçika arası rəsmi dəvəti qəbul edərək Belçikanın paytaxtı Brüsselə yollanan Rəcəb Tayyib Ərdoğan, türk vətəndaşlarına səslənib.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, Strasburq şəhərində "Milyonlarla nəfəs - terrora qarşı tək səs" şüarı ilə baş tutan mitinqin ardınca Fransadan Belçikaya gedən Ərdoğan minlərlə türk vətəndaşı tərəfindən qarşılanıb.

Prezident "Steigenberger" hotelinin qarşısında toplaşan türk vətəndaşlarının qarşısına əlində saxladığı ağ göyərçinlə çıxaraq danışmağa başlayıb. Ərdoğan "Ağ göyərçinlərlə haqq və azadlıq mövzusunda apardığımız mübarizə hər gün daha da güclənir. Xeyirli olsun", - deyərək əlindəki göyərçini havaya buraxıb.

Daha sonra Türkiyə dövlət başçısı vətəndaşlara bu günə qədər ədalətin təsisi mövzusunda olan tendensiyanın dünyanın hər yerində göstərməyin lazım olduğunu söyləyib.

"Hazırda ölkəmizdə 2 milyon suriyalı və iraqlı mühacir var. Onlara ev sahibliyi edən bizik. Bu proses üçün xərclədiyimiz pulun miqdarı 7.5 milyard dollar təşkil edir. Bunun qarşılığında isə dünyadan bizə gələn dəstək 419 milyon dollardır. Türkiyədə 2 milyon mühacir olduğu halda Avropada bu rəqəm 250 mini göstərir. Harada qaldı İnsan Haqlarının bəşəri bəyannaməsi?"

Daha sonra Ərdoğan "Aralıq dənizi bu günlərdə qan gölünə dönüb. Biz bu ilin başlanğıcından etibarən bu saata qədər sahil təhlükəsizlik qüvvələrimizin səyi nəticəsində 60 min ölümə gedən insanın həyatını xilas etmişik. Xilas etdiyimiz insanlara isə yezidi, xristian, müsəlman fərqi qoymadıq. Sadəcə, insandır deyib, xilas etdik. Kobanidən gələn 220 min insana qapımızı açdıq. Bizim kitabımızda ayrıseçkilik yoxdur. Bununla belə, yenə də şəxsimlə və ölkəmlə bağlı çirkin iftiralarla qarşılaşıram", – deyə bildirib.

Tarix
2015.10.05 / 12:58
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla