Yuxarı

Elton Məmmədov: “Bacım da, qardaşım da...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu xəbərləri yazmaqla insanları qıcıqlandırırlar, əsəbləri ilə oynayırlar. Loğman işdən çıxarılmayıb, hazırda işinin başındadır.

Bu sözləri Axar.az-a millət vəkili Elton Məmmədov avtobaza müdiri işləyən qardaşı Loğman Məmmədovun vəzifəsindən çıxarılması barədə yayılan məlumatlardan danışarkən deyib. Onun sözlərinə görə, qardaşı da işini icra edir, bacısı Məhbubə Məmmədova da "Tərəqqi" liseyinin direktoru vəzifəsindədir:

"Bacım da, qardaşım da öz iş yerlərindədirlər. Bu yalan xəbərləri yazanların kim olduğunu siz də, xalq da yaxşı bilir. Onlar Məmmədovlara qarşı yox, dövlətə, Azərbaycana qarşı bu addımı atırlar. Ziya Məmmədov Prezidentin sərəncamı ilə Nəqliyyat naziri vəzifəsinə təyin olunub və hazırda əmək məzuniyyətindədir. Ziya Məmmədov da, onun yaxınları da dövlətə, xalqa, prezidentə sadiq insanlardır. Ancaq ölkədə çaxnaşma yaratmaq, sabitliyi pozmaq istəyənlər bu yalan xəbərləri yayırlar".

E.Məmmədov hesab edir ki, hər kəs ölkəsində əmin-amanlıq olmasını arzulayır:

"Ancaq sifarişlə bunu yazanlar sabitliyi pozmağa çalışır. Bu cür yalanları yazmaqla insanların əsəbləri ilə oynamasınlar.

Çox təəssüflər olsun ki, bəziləri belə səhv məlumatlarla narahatlıq yaradırlar. Biz Heydər Əliyevdən əmanət qalmış dövlətin vətəndaşlarıyıq. Enişli-yoxuşlu yollardan keçmişik, onlar dərk etməlidirlər ki, bu cür yalanlar hamımıza ziyandır".

Deputatın bacısının işdən azad olunması haqda Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Büllurə Hacıyeva da Axar.az-a bildirib ki, M.Məmmədova barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Tarix
2015.10.05 / 12:49
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla