Yuxarı

Ekspertdən krediti olanlara ciddi xəbərdarlıq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra riteyl bankların dollarla olan kreditləri manata çevirməklə bağlı müraciətlərindən sonra potensial devalvasiya riskindən ehtiyatlanan vətəndaşlarımız bəzi hallarda şərtləri oxumadan buna razılıq verirlər. Nəticədə kommersiya bankları nəinki məzənnə, hətta digər riskləri belə kredit müqaviləsinə transfer etməklə yeni müqavilələr hazırlayır.

Axar.az xəbər verir ki, iqtisadçı alim Vüqar Bayramov son zamanların ən çox müraciət edilən mövzusu - dollarla olan kreditlərin milli valyutaya çevrilməsi barədə danışarkən bu sözləri qeyd edib. Ekspert dollarla olan kreditləri manata çevirən zaman aşağıdakı qaydalara diqqət yetirməyi vacib hesab edir:

"1. Müddətin uzadılmaması. Bankların əksəriyyəti belə əməliyyatlarda dollarla olan məbləği manata çevirən zaman müddəti uzatmaqla kredit sahibindən əlavə ödənişi təmin edirlər. Məsələn, kredit müqaviləsinin bitməsinə 7 ay qalmış anlaşmanı milliləşdirən zaman bank yeni müqavilədə müddəti 12 ay göstərməklə ümumi ödəniləcək kredit məbləğini süni şəkildə şişirdir;

2. Uzadılan müddət üzrə faizin hesablanmaması. Əksər hallarda kommersiya bankı vətəndaşa kredit üzrə faizin dəyişdirilmədiyini bildirsə də, uzadılan müddətə faizin hesablanması ümumi kredit həcmini məbləğdən asılı olaraq 15-20 faiz artırır. Bu isə birbaşa uzadılan müddət üçün faizin hesablanması ilə bağlıdır. Bununla da kredit götürən artıq vəsait ödəmək məcburiyyətində qalır;

3. Faizlərin dəyişdirilməməsi. Bir sıra banklar dollar ilə kreditlərin manata konvertasiyası zamanı faizlərin dəyişdirilmədiyini bildirsə də, ümumi kredit məbləğində yeni faizlər hesabına artımlar baş verir;

4. Aylıq ödənişin azalmasına şirnikləşməmək. Müddəti uzadan və həmin dövrə faiz hesablayan banklar aylıq ödənişi azaltsa da, son nəticədə daha çox pulun ödənilməsini təmin edilər. O baxımdan aylıq ödənişin azalmasına deyil, müqavilə müddəti bitənəcək ödəniləcək məbləğə diqqət yetirmək lazımdır. Uzadılan müddətdə aylıq ödənişin azaldılması əksər hallarda heç də krediti olan üçün uduş kimi qiymətləndirilməməlidir;

5. Konvertasiya məzənnəsinə diqqət yetirmək. Kommersiya banklarının əksəriyyətində manatın xarici valyutalara konvertasiya məzənnəsi valyuta dəyişmə məntəqələrinin kursu ilə tamamilə fərqlidirlər. Buna görə də sərfəli olmayan məzənnə ilə konvertasiya kredit götürənin elə müqavilə bağlanan anda uduzması deməkdir.

Deməli, kommersiya banklarında kredit müqavilələrinizə dəyişiklik edən zaman diqqətli olmaq və prosesdən bankların deyil, vətəndaşlarımızın qazanmasını təmin etmək həm də kredit götürənlərin özündən aslıdır".

Tarix
2015.10.05 / 13:25
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla