Yuxarı

Toyda buz üstə dava: “Üstümə tökülüb döydülər” - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hadisə oktyabrın 3-də olub. Nişan mərasimi idi. Qonaqlara yüksək səviyyədə xidmət göstərilib. Həmin stola da bir neçə dəfə içki üçün buz verilib.

Növbəti dəfə buz istəyəndə beş dəqiqə sonra olacağını dedim. İçkili vəziyyətdə idilər, buzun gecikməsinə görə mübahisə etdilər. Halbuki məclis boyu stola vaxtında buz verilib.

Çox keçmədi, o masada oturan adamlardan biri zala daxil olub, boynumdan yapışıb bayıra çıxardı, yerə yıxıb vurdu. Bir də gördüm üstümə tökülüşüb döyürlər".

Bu sözləri Axar.az-a paytaxtın Binəqədi rayonunda yerləşən "Oğuzxan" restoranının adminstratoru Roman Abbasov deyib. Onun sözlərinə görə, hadisə baş verən gün restoranda xidməti personal olub:

"Biz sayca az, onlar çox. Mərasimdə iştirak edənlərin neçəsi üstümə tökülüşüb məni vururdu. Üz nahiyəmdə, çiynimdə xəsarətlər var. Məni foyeyə çıxarıb yerə yıxan o adamı da tanımıram. Binəqədi Polis İdarəsinin 5-ci Polis Bölməsində o adamla üzləşdirmə olacaq".

Şadlıq evinin nümayəndəsi bildirib ki, onu otağına salaraq hədələyiblər: "Heç ofisiantlar müdaxilə edə bilmədi. Onlar çox idi deyə, yerə yıxıb məni təpikləyirdilər. Nə kimisə təhqir etmişəm, nə kiminsə yaxın adamına söz atmışam. Sakit məclis keçirdi. Buz üstündə mənə hücum etdilər. Sonra səhv etmirəmsə, qızın əmisi idi - Biləndər adlı adam və bir başqası məni tutub öz otağıma saldı.

Burada mənə hərbə-zorba gəlməyə, hədələməyə başladılar, əl-qol atdılar. Biləndər deyirdi ki, vəzifəli adamdır, heç kəsdən qorxmur. Onunla da üzləşmə olacaq.

Məlum məsələdir ki, içkili olublar. Ancaq vəzifəli olmasından sui-istifadə edirdilər, administrator olmağımı lağa qoyurdular".

Roman söyləyir ki, hadisə təhlükəsizlik kameralarında qeydə alınıb və kadrlar polisə təqdim olunub: "Artıq tibbi ekspertizadan keçmişəm, nəticəsi açıqlanacaq. Sadəcə, mənə döyənlər yox, otağıma salıb vəzifəsi ilə hədələyən Biləndər adlı adam və yanındakının hərəkətləri daha çox təsir edir. Hamımız bu ölkənin vətəndaşıyıq və qanun qarşısında bərabərik. O isə vəzifəsindən sui-istifadə edib mənə xox gəlirdi".

Administrator deyir ki, buzun gecikməsində günahkar deyil:

"Buzu avtomat hazırlayır axı. Onun gecikməsində günahım nədir?"

Qeyd edək ki, "Oğuzxan" restoranında baş verən dava ilə bağlı xəbəri "Report.az" yayıb.

Tarix
2015.10.05 / 16:25
Müəllif
Emil Salamoğlu, Əli Taleh
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla