Yuxarı

Emin Musəviyə vəzifə verildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aparıcı Emin Musəviyə yeni vəzifə verilib.

Lent.az xəbər verir ki, o, bunu Feysbuk səhifəsində yazıb. Emin Musəvi bundan sonra "ASAN FM" radiosunun rəhbəri vəzifəsində çalışacaq.

"Hazırda texniki məsələlər üzərində iş gedir. "ASAN xidmət"in öz fəaliyyətində rəhbər tutduğu şəffaflıq prinsipinə qoşularaq vurğulamaq istəyirəm ki, "ASAN FM"də çalışacaq peşəkar və gənc kadrlar öz bilik və bacarıqlarına uyğun seçiləcəklər.

Əminəm ki, "ASAN xidmət" kimi "ASAN FM" də qısa müddət ərzində xalqımızın rəğbətini qazanacaq və sevilən radioya çevriləcək", - Emin Musəvi yazıb.

Qeyd edək ki, Emin Musavinin radio və televiziya sahəsində 20 ilə yaxın təcrübəsi var. Belə ki, E.Musavi 1997-ci ildə ANS ÇM radiosunda fəaliyyətə başlayıb, 2004-cü ildə "106.3 FM" radiosunu yaradıb və həmin radionun rəhbəri olub. Son illər E. Musavi Latviyanın dövlət orqanları və Latviyanın Azərbaycandakı səfirliyi ilə PR və media sahəsində əməkdaşlıq edir, Latviyada Azərbaycan haqqında radio verilişləri hazırlayır.

"ASAN FM" radiosu yaxın vaxtlarda 100 FM dalğasında yayıma başlayacaq.

Tarix
2015.10.05 / 16:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla