Yuxarı

“Tənzilə Rüstəmxanlının qeydə alınmamasını…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tənzilə Rüstəmxanlı mən seçkilərdə iştirak etmədiyimə görə namizədliyini irəli sürmüşdü. İndi kim seçiləcəksə, canı sağ olsun".

Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

O, "Azəri-Türk" Qadınlar Birliyinin sədri, həyat yoldaşı Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyinin qeydə alınmamasına münasibət bildirərək bundan inciklik duymadığını qeyd edib:

"Mən 25 il deputat olmuşam. Bu müddətdə həm ictimai təşkilatlarda, həm də Dünya Azərbaycanlıları Konqresində deputatlığın verdiyi səlahiyyətlər çərçivəsində çalışmışam. Yeni nəsillər gəlir, onlar da seçiləcəklər. Yəni, problem yoxdur, layiqli adamlar gəlirsə, seçilsinlər. Mən millətin vəkiliyəm və bu, davam edəcək. İnciklik duymuram".

Qeyd edək ki, T. Rüstəmxanlının namizədliyi 42 saylı Sumqayıt II Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınmayıb. Belə ki, onun namizədliyinin qeydə alınması üçün 550 imza təqdim olunub, lakin 183 seçici 42 saylı Sumqayıt II DSK-ya ərizə ilə müraciət edərək aldadıldığını və T. Rüstəmxanlıya imza vermədiyini bildirib.

Tarix
2015.10.05 / 18:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla