Yuxarı

Nazir: "Biz onları inkişaf etdiririk"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda şahmat sürətlə inkişaf edir. Ölkəmizdə şahmatın zəngin ənənələri və uğurları var. Biz onları qoruyub inkişaf etdiririk. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə şahmat məktəbləri inşa edilib. O zaman 70-dək məktəb tikilmişdi. Hazırda dövlətimizin başçısı İlham Əliyev bu işi uğurla davam etdirir. Azərbaycanın regionlarında şahmat məktəbləri fəaliyyət göstərir və uşaqlar, yeniyetmələr idmanın bu qədim növünə böyük maraq göstərirlər.

AzərTac xəbər verir ki, bu fikirləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov deyib ki, Azərbaycanın şahmat üzrə dünya kuboku kimi mötəbər yarışa ev sahibliyi etməsi çox mühüm hadisədir. Gənclərimizin dünyanın aparıcı şahmatçılarının oyununu canlı izləmələrinin əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. Digər tərəfdən belə yarışlar ölkəmizdə şahmatın inkişafına mühüm töhfə verir. Gələn il Azərbaycan daha bir mötəbər yarışa - Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Bu tarixi qərar 2012-ci ildə İstanbulda keçirilən Şahmat Olimpiadasında qəbul edilib. Əminəm ki, Şahmat Olimpiadası da dünya kuboku kimi yüksək səviyyədə təşkil olunacaq.

Nazir deyib: "Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun dünya kubokunda çıxışına marağın böyük olması bizi çox sevindirir. Yarış günlərindən birində 600-dək tamaşaçının partiyaları izləməsi ictimaiyyətin nümayəndələrinin, xüsusən gənclərin şahmata marağını göstərir. Fikrimcə, gənclərin gələcək inkişafında şahmatın böyük rolu var. Bütün şahmatçılarımıza qarşıdakı mötəbər yarışlarda uğurlar arzulayıram".

Tarix
2015.10.05 / 21:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla