Yuxarı

Məxfi anlaşma: Hafiz Əsədin anti-Türkiyə xəritəsi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Yeni Şafak" qəzetinin yazarı Bülent Orakoğlu Suriyada baş verən son hadisələri qələmə alaraq gizli bir razılaşmadan bəhs edib.

Publika.az xəbər verir ki, Orakoğlu sözügedən razılaşmanın gerçək olacağı halda regionda böyük yanğının başlayacağı barədə xəbərdarlıq edib.

Yazar qeyd edir ki, Suriyada 1970-ci ildə dövlət çevrilişi ilə iqtidarı ələ keçirən Hafiz Əsəd Türkiyənin Hatay vilayətinin Suriya torpaqlarına birləşdirilməsi üçün diplomatik və qeyri-qanuni fəaliyyətə başlayıb. Hatayın fransızlar tərəfindən hazırlanan bir razılaşma ilə Türkiyəyə verildiyini deyən Hafiz Əsəd bildirib ki, razılaşmada vilayətin taleyinə 100 il sonra yenidən baxılacağı barədə maddə olub. Hatayı Suriya torpaqları daxilində göstərən xəritələrin buraxılması barədə göstəriş verən ata Əsəd beynəlxalq platformalarda dəstək qazanmağa çalışıb.

Hafiz Əsəd Türkiyədə xaos və qeyri-sabit vəziyyət yaratmaq məqsədi ilə PKK, ASALA DHKP-C başda olmaqla bir sıra terror təşkilatlarını dəstəkləyib, işğal etdiyi Livan torpaqlarında onların təlim düşərgələrinin qurulmasına göz yumub.

Hazırda isə Bəşər Əsəd atasının yolu ilə gedərək Türkiyəyə terrorun ixrac strategiyasını həyata keçirir. İŞİD Yaxın Şərqin yenidən dizayn edilməsi üçün qlobal güclər və Qərbin çubuğu olaraq yaradılsa da, təşkilatın sonradan inkişafı və böyüməsində Əsəd rejiminin üstüörtülü dəstəyi əhəmiyyətli rol oynayıb. İllərlə Əsəd rejiminə diplomatik, iqtisadi və hərbi dəstək verən Rusiya İŞİD-in mövqelərini vurduğunu bildirsə də, bu inandırıcı görünmür. Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyasının başçısı Xalid Xoca Rusiya qırıcılarının bombaladığı Xümsün şimalındakı üç bölgənin bir il əvvəl İŞİD və "Əl-Nüsra" Cəbhəsindən təmizləndiyini, ölənlərin tamamilə mülki vətəndaşlar olduğunu bildirib.

Müəllif ABŞ-ın "Delta Force" xüsusi təyinatlıları Suriyanın PYD kantonları bölgəsində yerləşdirməsindən dərhal sonra Rusiyanın Suriyadakı müharibəyə aktiv qoşulması diqqət çəkir. Türkiyə İŞİD-in nəzarətindəki Azez, Cerablus və Mare bölgələri ilə bu xəttin cənubunda yerləşən müxalif güclərin əlindəki bölgələrin terrordan təmizlənməsini, təmizlənən bölgədə uçuşa qadağan hava məkanının yaradılmasını qaçılmaz hesab edir. ABŞ və Rusiyanın son davranışları isə Türkiyənin bu hədəfinə açıq şəkildə qarşı çıxmaqdır.

"Reuters"ə danışan məlumatlı mənbələrin bildirdiyinə görə, yüzlərlə iranlı əsgər quru əməliyyatlarına qatılmaq üçün Suriyaya girib. Əməliyyatların məqsədi Suriyanın şimalında müxalif güclərinin əlində olan torpaqların Əsədə qaytarılmasıdır. Quru əməliyyatına Suriya ordusu və müttəfiqlərin quru birlikləri, həmçinin Rusiya aviasiyası dəstək verəcək.

Əgər "Reuters"in verdiyi məlumat doğrudursa, deməli, Türkiyənin "etibarlı bölgə layihəsi" və Suriyanın şimalında müəyyənləşdirdiyi "qırmızı xətt" hədəfə alınır.

Tarix
2015.10.05 / 21:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla