Yuxarı

“Qarabağda müharibə başlaya bilər” - Tomas de Vall

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlik əvvəlki dövrə nisbətən fərqlənir. Xüsusilə ağır artilleriyanın işə düşməsi bunu deməyə əsas verir. Bu amillər Qarabağda vəziyyətin ciddiliyini göstərir. Lakin unutmaq lazım deyil ki, tərəflərdən heç biri genişmiqyaslı müharibəni istəmir. Sadəcə olaraq, regionda ciddi döyüş əməliyyatlarının keçirilməsi ehtimalı var və hesab etmək olar ki, Qarabağda "səhvən" müharibə başlaya bilər".

Publika.az xəbər verir ki, bu barədə "Karnegi" fondunun Cənubi Qafqaz üzrə mütəxəssisi, Britaniya jurnalist Tomas de Vall Almaniyanın "Doyçe Velle" (DW – Alman dalğası) nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, genişmiqyaslı müharibədən danışmaq hələlik tezdir: "Lakin əvvəlkindən fərqli olaraq təmas xəttində ağır artilleriya işə düşürsə, müharibənin olacağı ehtimalı da böyükdür. Ermənistan müharibə istəmir, çünki Dağlıq Qarabağda mövcud status-kvo onu qane edir. Bu status-kvo Azərbaycanı qane etməsə də, rəsmi Bakı danışıqların tərəfdarıdır. Etiraf etməliyik ki, Qarabağda vəziyyət tədricən pisləşir".

T. Valla hesab edir ki, Dağlıq Qarabağda gərgin atmosferin daha bir səbəbi Ukraynanın şərqində Qərblə Rusiyanın toqquşmasıdır.

"Regionda vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də nə Azərbaycan prezidentinin, nə də Ermənistan prezidentinin hər-hansı güzəştə getməyə hazır olmamasıdır. Hazırda ATƏT-in Minsk qrupu yalnız toqquşmaların olmaması üçün Qarabağın bugünkü statusunu saxlayır. Çünki buna cəhd edilməsə belə, bölgədə partlayış təhlükəsi olan vəziyyət yarana bilər", - deyə T. Vall nəşrə müsahibəsində vurğulayıb.

Tarix
2015.10.06 / 01:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla