Yuxarı

Polad Ələmdar və Elza sevgisi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmiyyətin təfəkkürünü formalaşdıran əsas atributlardan üçü – jurnalistika, film və musiqi getdikcə öz mahiyyətindən uzaqlaşmada... Və Polad Ələmdarla Elza Seyidcahan mətbuatın künc-bucağında qucaqlaşmada.

Çağdaş dünyada informasiya narkotik kimi bir şeydir. Hansı tip informasiyanı xalqın beyninə vursan, ona aludə olacaq, o tip xəbərlər tələb edəcək. İndi jurnalistikamız insanlara Seyidcahan Elzanı yox, İbrahimova Elzanı göstərsə, cəmiyyətin jurnalistika zövqü də, musiqi zövqü də formalaşar.

Jurnalistika

Hələ o vaxt böyük Həsən bəy Zərdabi qəzetin adını "Əkinçi" qoyanda düşünməmişdi ki, dırnaqarası əkinçilər torpağı qazıb bu sənəti yerin dibinə soxacaqlar. Əkinçilik mədəniyyətini çoxları yanlış anlayıb, Röyanın ayaqqabısının palçığı ilə əlləşir. Ola bilərmi ki, "əkinçi" sözü onları bu qədər palçığa bulaşmağa vadar edir? Bu da bir yalan fərz.

Mirzə Səfər, vallah, mən Həsən bəy Zərdabini "qanuni oğru" kimi təqdim edən zərdablı qaqaşlar görmüşəm. Analiz edəndə Zərdabi ilə hətta qanuni oğru kimi fəxr etmək, onu ayaqlar altına atmaqdan yaxşıdır.

Böyük bəstəkar Elza İbrahimova haqda bir kəlmə yazmayanların Elza Seyidcahan haqda xəbərləri tirajlaması mədəniyyətə mədəniyyətsizlik baxışıdır.

Mirzə Səfər, sən allah, JEK müdirinə etiraz edə bilməyib, rüşvət verən qullara de ki, qələm əhlinin üstünə xoruzlanmasınlar. Vallah, biz də Həsənağanın qohumuyuq.

Film

Çağdaş film sektorumuzun vəziyyəti haqda bir cümlə ilə kifayətlənmək olar: "Gör işin harasıdır ki, insanlarımız 20 ildir "Təhminə"ni müzakirə edirlər". 20 ildir cəmiyyət müzakirə etməyə film tapmır. Ona gör də "Qurdlar vadisi" bu ölkədə belə maraqla izlənilir. Axı sovetin "vorzakon" sistemi ilə böyüyən bu gəncliyə Poladın mafiyozluğunu göstərmək nəyə lazım? Bax, ondandır ki, məktəblilər 9-cu sinfə çatan kimi qara kostyum geyinib "Xaç atası" olmaq istəyir. Əşşi, Molla Sadıq, sən canın, "Xaç atası" olmaq istəyən başıboş bir oğlan sabah övlad atası ola bilərmi? Bax, bu da filmimizin bu gündə olmasının ağır fəsadı. İçində nəsə qədim zəngin əşyalar olsa da, bərbad gündədir onun fasadı. Belə yerdə biri çıxıb deməlidir: "Kələntər əmi, ürəyimi nişan al, ağrıdır axı".

Musiqi

Musiqimiz haqda çox fikirlər səsləndirilib. Məsələn, "indi xalq Mehdizadə Üzeyiri Hacıbəyli Üzeyirdən çox sevir", - deyirlər. Bu cümlənin özü, ümumiyyətlə, bu haqda danışmaq belə, Azərbaycan musiqi sənətinin üzünə tüpürməkdir. Bu, vandalizmdir. Cəmiyyətimizin nəhəng bəstəkar Bethoven haqda bildiyi bir şey var: Bethoven kar olub. Pah, nə böyük şeymiş. Öz qulaq zövqünün dadını bilməyənlərin Bethovenin qulaq seyvanı ilə bu qədər əlləşməsi də qəribədir, vallah. Üzeyir bəy, sən sağsan, amma musiqimiz qəbirdədir, vallah.

Molla Sadıq, canım üçün, sənin də dövranın keçib. İndi elə mollalar var ki, şeytana corabı tərs geyindirirlər. Yəni indi poçt qutusu da nəzir qutusudur.

Tarix
2015.10.06 / 08:45
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla