Yuxarı

Kredit işçisinə cinayət işi açıldı - 86 min

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Finka Azərbaycan" qeyri-bank kredit təşkilatının kredit üzrə mütəxəssisinə cinayət işi açılıb.


Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, Finka Azərbaycan Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatından daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.


Araşdırmalar zamanı qeyd olunan təşkilatın Şirvan filialında 2012-2014-cü illərdə kredit üzrə mütəxəssis vəzifəsində işləmiş Pərviz Ələkbərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi məlum olub. O, filialın bir sıra müştərilərinin adlarına rəsmiləşdirilən kredit məbləğlərini, müştərilər tərəfindən həyata keçirilmiş ödənişləri mənimsəyib. Araşdırmalara görə, P.Ələkbərov ümumilikdə 86 min manat məbləğində pul mənimsəyib.


Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.


Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2015.10.06 / 10:09
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla