Yuxarı

Zahid Oruc: “Mir Şahinin verilişləri…”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan efir məkanında yayımlanan verilişlər son vaxtlar ciddi müzakirə obyetkinə çevrilib. Məsələ öz ciddiyyətini Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə ANS televiziyasında "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" verilişlərinin yayımını dayandırması ilə təsdiq edir. Bunun ardınca isə "Salam, Azərbaycan" verilişinin yayımının 10 günlük məhdudlaşdırılması və 54 min cərimə artıq MTRŞ-in bu məsələdə qəti mövqe ortaya qoyduğunu bir daha göstərdi.

Axar.az MTRŞ-in başladığı bu siyasətlə bağlı millət vəkillərinin münasibətini öyrənib. Deputatlar daha hansı verilişlərin efir məkanından çıxması və hansı verilişlərin dövriliyinin artırılmasını istəyirlər?

Yevda Abramov: "Efir məkanında şoudan bəhs edən, ürək ürpərdici verilişlər hədsiz dərəcə çoxdur. Mənə qalsa, heç kim, heç kəsin çörəyinə bais olmamalıdır. Kiminsə Xoşqədəmdən xoşu gəlmirsə, onun verilişi bağlanmalıdır deyə çıxış edən deputat deyiləm. Əgər səhvi varsa, nizamnamənin tələblərindən çıxırsa, Azərbaycan tamaşaçısını qane etmirsə, MTRŞ çoxlu şikayətlər alırsa, əlbəttə, həmin veriliş bağlanmalıdır. Mən, sadəcə, hər hansısa verilişin məhz qərəzlə bağlanmasının tərəfdarı deyiləm, çünki bu, çox incə məsələdir".

"Zaurun "5/5"verilişini çox bəyənirəm…"

Aqil Abbas: "Mən istəyərəm ki, analitik, ziyalı verilişlər çox olsun. Hansısa bir müğənninin evindən əlli dəfə veriliş hazırlayırlar. Yataq otağından tutmuş dolabına qədər. Amma hansısa şair, yazıçı, bəstəkar, ziyalı, alim haqqında heç bir veriliş yoxdur. Demirəm ki, televiziyada yalnız bu verilişlər yayımlanmalıdır, amma bu tipli verilişlərin sayının artırılmasına ciddi ehtiyac var. Televiziya ciddiyyət demək deyil, o həm də əyləncədir.

Mənə gəlincə, Zaurun "5/5" verilişini bəyənirəm. Şəxsən özüm də o verilişdə iştirak etmişəm. Çünki o, hər dəfə müzakirəyə bir mövzu qoyur".

"Bizim televiziya kanalları tamaşaçılarını itirib"

Zahid Oruc: "Əyləncə verilişlərinin heç birinin tamaşaçısı olmamışam. Səmimiyyətlə söyləyim ki, bir tərəfdən işimizin xarakteri, zaman azlığı, həmçinin də maraq dairəmizin hədəfləri baxımından heç vaxt əyləncə verilişlərinə xüsusi üstünlük verməmişəm.

Televiziya çox əhəmiyyətlidir. Onlar ictimai rəyi formalaşdırır, maarifləndirmə funksiyasını yerinə yetirir və s. Belə olan təqdirdə ekran şərtləri cəmiyyət həyatında da öz əksini tapır. Ola bilməz ki, son dərəcə intellektual verilişlər haqqında cəmiyyətdə mənfi rəy formalaşsın. Bu cəhətdən bizim televiziyalarımızda yayımlanan verilişlərin bir çoxu nəinki ictimai rəyi formalaşdırmaq, əksinə ona daha da zərbə vurmaq yönündə addımlar atıblar. İstəmirəm ki, söylədiyim fikirlər konkret bir verilişə aid olsun. Bizim televiziya kanalı tamaşaçıların çoxunu elə itirib ki, birdən orda müharibə haqqında elan versələr, vətəndaşlar bundan məlumatsız olacaqlar.

Təqdir etdiyim verilişlərə gəlincə, məsələn "Lider" kanalında son günlər "Panoram" verilişini çox bəyənirəm. Şübhəsiz ki, Mir Şahinin verilişləri həmişə fərqlənir: efirə çıxarkən qoyduğu məsələlərin aktuallığını, əhatə dairəsini seçmə bacarığını, istedadlı şəkildə təqdim edir və həmişə onu hadisəyə çevirə bilir. Amma elələri də var ki, mən ümumiyyətlə onlara baxmaqdan imtina etmişəm".

"Tamaşaçının səviyyəsinin artmasına ehtiyac var…"

Fəzail Ağamalı: "Bəyənmədiyim verilişlərə baxmıram. Bu dəqiqə Azərbaycan efir məkanında yayımlanan verilişlər demək olar ki, hamısı şitdir. Bunlar bir sıra kanallarda var, amma onların adlarını çəkmək istəmirəm. Çünki onlarla mənim əməkdaşlığım var, adlarını çəkərəmsə, bizim münasibətlərə təsir göstərə bilər. Ancaq onu deyə bilərəm ki, onlar reytinq yığmaq, reklam yerləşdirmək xətrinə bu yola getməyə məcburdurlar. Digər tərəfdən də tamaşaçının səviyyəsi artarsa, bu cür verilişlərə ehtiyac olmaz. Mənə elə gəlir ki, tamaşaçının səviyyəsinin artmasına ehtiyac var.

Mənə gəlincə, yalnız Rusiya kanallarında yayımlanan verilişlərə baxıram".

"Heç birini bəyənmirəm…"

Asim Mollazadə: "Ölkədə fəaliyyət göstərən kanalların keyfiyyətini çox aşağı qiymətləndirirəm. Təəssüflə demək istəyirəm ki, onlar bizim xalqın mədəni səviyyəsinə uyğun formada işləmirlər. Konkret hansısa veriliş adı demək istəmirəm. Amma ümumilikdə hər birinin keyfiyyəti olduqca aşağıdır. Efir məkanında yayımlanan verilişlərdən heç birini bəyənmirəm".

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının qərarı ilə bağlanan bir neçə verilişlə bərabər, "Ay Zaur", "5/5", "Hər şey daxil" və "Speys" televiziyasında yayımlanan "Sevimli şou" nəzarətə götürülüb.

Tarix
2015.10.06 / 12:55
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla