Yuxarı

Qulu Məhərrəmli: “MTRŞ özünü TV polisi kimi aparır”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS-ə qarşı çıxarılan qərarda iki yanaşma var. Birincisi, Milli Televiziya və Radio Şurasının (MTRŞ) televiziyaların fəaliyyətinə yaxından nəzarət etməsi. Bu, çox müsbət haldır. Amma ikinci və pis olan cəhət bundan ibarətdir ki, MTRŞ özünü televiziya polisi kimi aparır.

Bu fikirləri Axar.az-a media eksperti Qulu Məhərrəmli son günlər MTRŞ-in tele-verilişlərlə bağlı sərt addımlarını şərh edərkən deyib. O, bu cür addımların cəmiyyətdə nəzəri fikirlər formalaşdırdığını bildirib:

"Teleməkanda həddindən artıq qüsurlar var. Müəyyən təlimatlara, qanunlara əməl olunmur. Məsələn, xəbərlərdə fikir sərbəstliyi, dolğunluq yoxdur. Bəzi qanun pozuntuları var və s. Amma MTRŞ-in ard-arda ANS-ə bu şəkildə kəskin hücumu istər-istəməz müəyyən subyektiv fikirlərin yaranmasına səbəb olur. Hesab edirəm ki, "Salam Azərbaycan" verilişinin yayımının 10 gün dayandırılması qətiyyən yolverilməzdir. Gündəlik efirə çıxan proqramın dayandırılması maksimum 1 günlük ola bilər.

MTRŞ-in verdiyi bu qərarlar cəmiyyətdə nəzəri fikirlərə, müəyyən düşüncələrə yol açır. Belə çıxır ki, MTRŞ bu səlahiyyətləri köhnədən haq-hesabı olan televiziya kanalına öz gücünü göstərmək üçün əldə edib. Bunu bir qədər ədalətsiz yanaşma hesab edirəm. Televiziyaların yayım istiqamətinə MTRŞ-in bu şəkildə müdaxilə etməsi yanlışdır".

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının qərarı ilə ANS Müstəqil Yayım və Media Şirkətinə ANS televiziyasının efirində reklam şərtlərini pozduğuna görə bəzi verilişlərin yayımının dayandırılması göstərişi verilib. Bununla yanaşı, telekanal ümumilikdə 54 min manat cərimələnib.

Tarix
2015.10.06 / 14:29
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla