Yuxarı

Azərbaycanlı Çaplin: “Yarışın qalibi mənəm”

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika telekanalında nümayiş olunan "America’s Got Talant" istedad yarışmasına qatılaraq "Çaplin" obrazı ilə məşhurlaşan azərbaycanlı sirk ustası Üzeyir Novruzovun Publika.az-a müsahibəsini təqdim edirik:

- Salam! Sözün düzü boş vaxtım azdır. Amma suallarınızı bura yazsanız, imkan daxilində cavablandıraram. Amma xahiş edirəm, çox az sual olsun.

- Çox sadə insan təsiri bağışlayırsınız. Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm. İstəyinizi nəzərə alıb, çalışarıq ki, sizi çox yormayaq. (Azərbaycan dilində bir qədər qəribə yazdığından söhbətimizi ingilis dilində davam edirdik). Azərbaycan dilini bildiyinizi təxmin etməmişdim. Nə vaxtdan Amerikada yaşayırsınız?

- Azərbaycan dilini də, rus dilini də bilirəm. Amerikada cəmi 13 ildir yaşayıram.

- Bakı ilə əlaqəniz varmı? Sonuncu dəfə Azərbaycanda nə vaxt olmusuz?

- 2 il əvvəl oradaydım. 2013-cü ilin yazı idi.

- Burada kiminiz var? Bakıya gələndə kimin yanına gəlirsiz?

- Anam Azərbaycandadır.

- Bəs, Amerikada kiminlə yaşayırsınız?

- Ailəliyəm. Amerikada ailəmlə birlikdə yaşayıram. İki övladım var.

- Azərbaycanda artıq ulduzsunuz. Ağlınıza gələrdi ki, nə vaxtsa belə məşhur olacaqsınız?

- Hər şey ağlıma gələrdi, amma bu yox. Bu haqda heç vaxt fikirləşməmişəm də.

- Necə duyğudu? Məşhur olmaq, hamının səninlə maraqlandığını bilmək necə təsir bağışlayır?

- Təbii ki, müdhiş bir hissdir. İnsanların mənim yaradıcılığımla maraqlandığını, məni izlədiyini bilmək çox xoşdur.

- Müsabiqə artıq yekunlaşıb. Bundan sonrası üçün hansı planlarınız var?

- Həyatım boyu ancaq sevdiyim işlə məşğul olmuşam. Yəni müsabiqədən əvvəl də mənim bir həyatım vardı, işim vardı. İndiyədək hansı işlə məşğul olmuşamsa, müsabiqədən sonra da onu davam etdirəcəm. Düz 20 ildir ki, bu sənətdəyəm. Amma ola bilər ki, müsabiqədən sonra mənim üçün yeni yaradıcılıq qapıları açılsın.

- Həyatda məqsədiniz nədir?

- Bütün məqsədlərim sənətimlə bağlıdır. Özümü, yaradıcılığımı inkişaf etdirmək istəyirm. Bunun üçün yollar axtarıram. Məsələn, özümü böyük kinoda, kinematoqrafiyada sınamaq istəyirəm. Yaxud, şəxsi şoularımı təşkil etməyi düşünürəm.

- Çoxsaylı dünya ulduzları ilə şəkilləriniz yayıldı. Məsələn, Demi Mur, Britni Spirs və s. Onlarla münasibətiniz necədir? Yəni dostluq edirsiniz, yoxsa təsadüfən qarşılaşmışdınız?

- Doğrudur, dünya şöhrətli bir sıra sənət adamı ilə, o cümlədən tanınmış futbolçularla fotoşəkillərim var. Amma mən onlarla ünsiyyət saxlamıram. Yəni dost münasibətimiz yoxdur. Dünyaca məşhur "Cirque du Soleil" sirkinin şoularında çıxış edərkən, onlar səhnə arxasına gəlib bizimlə tanış olur və xatirə şəkilləri çəkdirirdilər.

- Sizcə, niyə müsabiqənin qalibi ola bilmədiniz?

- Əsas mükafatın sahibi mən olmasam da, qalibəm. Yarımfinala qədər qalib olacağıma əmin idim. Ancaq yarımfinal çıxışından sonra vəziyyət dəyişdi. Bu mərhələdən sonra "America’s Got Talant" istedad yarışmasının əsas mükafatını ala bilməyəcəyimi artıq bilirdim. Çünki yarımfinalda böyük səhvə yol verdim və hündür nərdivanın başından yerə yıxıldım. Yıxılanda da ciddi zədə aldım. Həmin zədənin mənə mükafatçı olmağa imkan verməyəcəyi şübhə doğurmurdu. Çünki bu zədə ilə finalda özümü tam göstərə bilməyəcəkdim. Elə də oldu. Buna baxmayaraq, mən layihənin qalibiyəm. Milyonlarla insanın və ən əsası özümün nəzərimdə qalibəm. Çünki layihənin 10 ən yaxşı iştirakçısından biriyəm. Bu siyahıya düşməyi bacardığım üçün özümdən razıyam.

- Azərbaycanlı heyranlarınıza nə demək istərdiniz?

- Bütün azərbaycanlı heyranlarıma təşəkkür edirəm. Yarışın hər mərhələsində onların dəstəyini hiss edirdim. Yazdıqları xoş sözlərə görə hər birinə minnətdaram. Arzu edirəm ki, həyatda öz yolları olsun. Həmin yoldan azmasınlar. Məqsədlərinə aparan yolda qarşılarına çıxan heç bir çətinlik onları ruhdan salmasın. Heç vaxt geri çəkilməsinlər. Diqqətiniz üçün sizə və təmsil etdiyiniz media qurumuna təşəkkürümü bildirirəm.

Tarix
2015.10.06 / 14:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla