Yuxarı

Maliyyə amnistiyası olmayacaq - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə amnistiyasının tətbiqi Azərbaycanda real sayılmır.

ANS TV-nin məlumatına görə, maliyyə aministiayası dünya ölkələrinin bəzilərində adətən iqtisadiyyatın maliyyə çatışmazlığı ilə üzləşdiyi dövrlərdə atdığı addımdır.

Bu addımı isə əsasən yeni bazar iqtisadiyyatına keçən ölkələr atır. Prosesin mahiyyəti ondan ibarətdir ki, dövlət vətəndaşlardan əldə etdikləri gəlirin mənbəyini soruşmur. Dövlətlərin bu vasitəyə əl atmasının məqsədi öz vətəndaşlarının xaricdə, ofşor zonalarda olan kapitalını ölkəyə gətirməsinə, ölkədə olan pulun isə xaricə çıxarılmasının qarşısını almağa nail olmaqdır. Məsələn, qonşu Rusiya maliyyə amnistiyasına qərar verib.

Uzun müddətdir bu mövzu Azərbaycanda da müzakirə olunur. Hətta bu barədə qanun layihəsi hazırlandığı da bildirilirdi. Amma Maliyyə naziri Samir Şərifov bu təcrübənin ölkəmizdə işləyəcəyinə şübhə ilə yanaşır. O inanmır ki, Azərbaycanda kimsə öz qeyri-leqal pullarını göstərsin.

Maliyyə naziri bildirir ki, Azərbaycan bir il bundan əvvəl çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair beynəlxaq konvensiyaya qoşulub. Konvensiyanın tələblərinə uyğun olaraq da bir çox öhdəliklər üzərinə götürüb. Konvesiyada müəyyən olunmuş müddəları aşan şəxslər və ya təşkilatlara qarşı Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidməti sanksiyalar tətbiq edir.

Tarix
2015.10.06 / 15:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla