Yuxarı

Rüşvət yığan şirkətə cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fakt Araşdırıcı - N MMC ilə bağlı cinayət içi açılıb. Firmanın mağazalarda qanunsuz yoxlama apararaq, sahiblərindən pul tələb etməsi müəyyən olunub.

Bu barədə Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən məluat daxil olub.

Bu materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin üç əməkdaşı tərəfindən 22 sentyabr 2015-ci il tarixdə paytaxtın Yasamal rayonu ərazisində yerləşən mağazada yoxlama apardıqları məlum olub.

Araşdırma zamanı mağazada istifadə müddəti bitmiş ərzaq məhsullarının satışı qeydə alınıb. Lakin MMC əməkdaşları bu fakta görə mağaza sahibini külli miqdarda cərimə etməyib və bu barədə aidiyyəti təşkilatları məlumatlandırmayıb.

MMC əməkdaşları mağaza sahiblərinə təmsil etdikləri cəmiyyətlə müqavilə bağlayıb qanunsuz ödəniş təklif ediblər.

Fakta görə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarları onları hədələyən bu MMC-yə qarşı diqqətli olmağa çağırmışdı. Nazirlikdən Axar.az-a verilən məlumata görə, ticarət obyektlərindən ödənişli müqavilə bağlanmasını tələb edən şəxslər peyda olub.

Onlar mağazalardan ödənişli müqavilə tələb edir. Bununla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi araşdırma aparıb.

Məlum olub ki, özlərini Fakt Araşdırıcı-N MMC-nin əməkdaşları kimi təqdim edən şəxslər ticarət obyektlərinin fəaliyyətinə yoxlama adı ilə qanunsuz müdaxilə edir.

Tarix
2015.10.06 / 17:23
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla