Yuxarı

“Onlar cəzalarını çəkdikdən sonra…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkomaniyaya qarşı məcburi müalicə məsələsinə diqqətin artırılması müsbət addımdır.

Axar.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva qeyd edib.

Deputat inanır ki, qanunvericilikdə edilən dəyişikliklər müvafiq icra orqanı tərəfindən lazımı səviyyədə həyata keçiriləcək.

Deputatın fikrincə, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi vacibdir:

"Bütün dünyada olduğu kimi Azərbaycanda da narkotik maddələrdən istifadə edənlərin sayı ilə yanaşı narkotik maddə istifadə edən şəxslər arasında cinayət və inzibati xətaların törədilməsinə meylliliyin artması müşahidə edilir.

Buna qarşı ciddi mübarizə istiqamətlərindən biri kimi narkomaniyaya mübtəla olmuş şəxslərin müalicəsi, özəlliklə məcburi müalicə məsələsinə diqqətin daha da artırılması müsbət addımdır.

Təcrübə göstərir ki, belə şəxslər bu bəladan xilas ola bilməzlərsə, onlar cəzalarını çəkdikdən sonra təkrar cinayət və inzibati xətalar törətməyə daim meyilli olurlar və potensial təhlükə mənbəyidirlər".

Qeyd edək ki, Azərbaycanda inzibatı xəta törətmiş bəzi narkomanlar məcburi müalicə olunacaqlar. Bununla bağlı Milli Məclisin plenar iclasında İnzibatı Xətalar Məcəlləsinə əlavələr müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən inzibati həbs nəzərdə tutan inzibatı xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibatı həbs tənbeh növü tətbiq edilərkən həmin şəxslərə məhkəmə tərəfindən məcburi müalicə təyin ediləcək.

Tarix
2015.10.06 / 17:57
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla